Sizin reklam burada

Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər”

Baxış Sayı:399

Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər”
“Bütün günahlar, cinayətlər, söyüslər, təhqirlər Azərbaycan futboluna rəhbərlik edənlərin çiyinləri üzərindədi”
Nikola Yurçeviçin baş məşqçisi olduğu millinin əvvəlcə Macarıstana, ardınca isə Slovakiyaya böyük hesabla uduzması bir çox tanınmışları özündən çıxarıb. İdman camiəsinin tanınmış nümayəndələri sosial şəbəkələrdə millinin son iki görüşü ilə bağlı kəskin fikirlərini bölüşüblər ki, onların bəziləriylə sizləri də tanış etmək istəyirik.
Erkin İbrahimov (agent): “Beş top buraxasan və qapıçı komandanın yaxşılarından olsun... Adam deməyə söz tapmır. Səlahətlə Ramili çıxmaq şərti ilə start “11-liy”ində çıxan futbolçularda nə qələbə əzmi, nə də millinin formasına sayğı hiss edildi. Birinci və beşinci qollar, sadəcə, fiaskodu! Seçmə mərhələdə bu cür bəsit qolları hec San Marinonun kuryer və bankirlərdən ibarət komandası buraxmaz! “Opornik” olan Lobotka ömründə belə bir qola imza atmayıb. Topla 50 metr irəliləyib heç bir maneəsiz zərbə endirdi. Bu komandanın orta sahəsi hara baxırdı? Qara, Almeyda, Eyubov? Heç utanıb eləmirsiz?! Kutska bir ötürmə ilə 6 futbolçumuzu "ofsayd"da qoyur. Hələ başqa bir epizod oldu, slovakların cinah hücümçusu sağdan girib topu düz Səlahətə qədər gətirib çıxardı.
Yurçeviçin start heyəti, oyun quruluşu, əvəzetmələri... Hələ baş məşqçi utanmır, canlı yayında "very good game and combinations"dan dəm vurur. Yurçeviçin danışdıqları tam yanlışdı. Priçyom tut Lobotkanın transfer qiyməti?! A kişi, Rəşad Eyubovu start heyətinə salan adamsan, ondan danış! Onda gərək Türkiyə Fransa ilə oyuna çıxmasın! Slovakiya tam gücümüzə görə bir rəqib idi. Necə ki, futbolumuzun ac-susuz vaxtlarında bunları udurduq. Bu gün meydanda mübarizə əzmini görmədik! Futbolçular, demək olar ki, bütün fərdi mübarizələri uduzdular. Yenə deyirəm, 1-ci və 5-ci qol peşəkar futbolda vurulmaz! Deməyə söz tapmıram...”
Ceyhun Rzayev (Xəzər TV-nin əməkdaşı): “Hababam sınıfı”ndakı Mahmut hocanı milliyə soxuşdurmağın nəticəsi bu olmalıydı”.
Anar Şabanoğlu (köşə yazarı): “Azərbaycan futbolundakı insanlar o qədər çirkaba bulaşıb ki, hər dəfə uduzanda "torba tikməkdən” danışırlar. İndə də günahkar guya bilərəkdən zəif oynayan "Qarabağ"ın futbolçularıdı. Niyə ölmürsüz?!”
Rəşad Ergün (komanda.az saytının baş readaktoru): “Oyunu təhlil etmək də olmur, "Yurcevic filankəsi filan mövqedə oynatsaydi, filankəsi vaxtında əvəz etsəydi" yazmaq istəyirsən, yaza bilmirsən. Cünki butun bu "filankəslər"in coxu milli komandada filan-filan mövqelərdə dəfələrlə oynayıblar. Özu də filan-filan bas məşqcilərin rəhbərliyi altında. Ötən dəfə yazmısdım, bir daha qayıtmayım - bizim oynadığımız futbol deyil, döyüşməliyik, qacmalıyıq, ən azı rəqibin qol vurmaması üçün çalışmalıyıq, yoxsa bizdə qol vurub qələbə qazanacaq istedad yoxdu. Yurçeviçin tənqid olunmasi isə haqlı yanaşma deyil. Adam cox da baha olmayan müqavilə bağlayıb işini görür. Bütün günahlar, cinayətlər, söyüslər, təhqirlər Azərbaycan futboluna rəhbərlik edənlərin çiyinləri üzərindədi. Faktiki Azərbaycan futbolunu idarə edən Elxan Məmmədovun, dövlətin lap "yuxarı"si ilə yaxsı əlaqələri olan və onu himayə edən Elşad Nəsirovun vicdanına yazılmalıdı Azərbaycanın milli komandalarının bütün rüsvaycı nəticələri, azarkeslərin hər sözü, söyüşü. Yoxsa buraxın palavranı, futbolçuları, Yurçeviçi çək-çevir etməyi. Buraxın oynamadığımız futbolda taktiki səhv axtarmağı. Azərbaycanlı futbolçularda vicdan, qürur yox imiş, Yurçeviçdə utanan sifət yox imis... Bunları bildik, bilirik, keçin başa, lap başa keçin. Cəsarətiniz varmı keçməyə? Yoxdusa, susun, yalançı qəhrəman roluna girməyin”.
Ceyhun Əliyev (sport24.az saytının baş redaktoru): “Sən şortik-maykalıya heç kim icazə verməyib ki, əsnəyə-əsnəyə meydanda gəzişəsən. Aç qulağını və eşit, ey 10 milyonu təmsil etməyin məsuliyyətini dərk etməyən şortik-maykalı! Ustalığın aşağı ola bilər, lakin meydanda can qoymalısan. Buna hazır deyilsənsə, çıx get! Bu xalqı, bu milləti bu cür təmsil etmək lazım deyil. Bacarmırsansa, çəkil qırağa, qoy, bu məsuliyyəti dərk edənlər oynasın. Düşünmə ki, sən oynamasan, yer boş qalacaq. Əmin ol ki, elə oğlanlar tapılacaq ki, çıxıb kişi kimi döyüşəcək”.
Zaur Xudiyev (matç.az saytının əməkdaşı): “Yurçeviç mətbuat konfransında deyib ki, sizin ən yaxşı məşqçiniz belə Malta qarşısında aciz qalmışdı. Həə, adamın "purjini"ni yaxşı burub yollayıblar. Bəs adama deməzlərmi, ay mən deyən, bizim ən yaxşı, ən pis məşqçimiz Malta ilə onsuz da bacarmırdı da, sən onu bəhanə edəcək, cındır kimi onun dalında gizlənəcəkdinsə, nə itin azmışdı Azərbaycanda? Elə öz məşqçilərimizlə uduzurduq da”.
RƏŞAD hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR