Sizin reklam burada

Bölməyə aparılanlar üçün əcaib şərt

Baxış Sayı:348

Bölməyə aparılanlar üçün əcaib şərt
“İstefa tələbinin Yurçeviçə ünvanlanması haqda açıqlama yazın”
Srağagün elə Azərbaycan – Slovakiya oyununun gedişində sosial şəbəkələrdə 20-dən artıq fanatın “istefa” şüarına görə saxlanılaraq, Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinə aparıldığı haqda xəbər yayıldı. “Turan” informasiya agentliyinin bununla bağlı yaydığı xəbərdə deyilir: “Saxlananlardan biri – İmran Hacıbəyli bildirib ki, Azərbaycan yığması Slovakiya komandası ilə oyunda üç qol buraxdıqdan sonra azarkeşlər yerlərindən qalxaraq “İstefa!” şüarını səsləndirməyə başlayıblar. 4-cü qoldan sonra şüar daha ucadan səsləndirilib. Mülki geyimli şəxslər Hacıbəylini və daha 16 azarkeşi polis bölməsinə aparıblar. Orda onlara deyiblər ki, istefa tələbinin yığmanın baş məşqçisinə (xorvatiyalı mütəxəssis Nikola Yurçeviç) ünvanlanması haqda açıqlama yazsınlar. Əslində isə “İstefa!” şüarı AFFA rəhbərliyinə ünvanlanıb. Saat 23.00-a yaxın saxlanılanların hamısı buraxılıb”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR