• U-19-un Minskdə təlim-məşq toplanışında olduğunu xəbər vermişdik. Samir Əliyevin yetirmələri yerli komanda ilə iki yoldaşlıq oyunu keçirib. İyunun 8-də baş tutan qarşılaşmada Belarus 4 cavabsız qolla qalib gəlib. Dünən keçirilən sınaq görüşündə isə yığmamız qələbə qazanıb (1:0). Yeganə qolu Turan Vəlizadə penaltidən vurub.
• Qadınlardan ibarət yığmamız dünən təlim-məşq toplanışına başlayıb. Hazırlıq prosesi iyunun 17-dək davam edəcək. Toplanışa 23 futbolçu qatılıb: Nərgiz Əliyeva, Nigar Abdulova, Nigar Mirzəliyeva, Roza Quliyeva, Firəngiz Teymurova (hamısı "Keşlə"), Arzu Əliyeva, Kamilla Məmmədova, Vüsalə Hacıyeva (hamısı "Qubek"), Nərgiz Hacıyeva, Jalə Məhsimova, Vüsalə Seyfəddinova, Rövşanə Sərdarlı (hamısı "Uğur"), Aytac Nemətova, Həqiqət Qasımova, Sona Rəhimova (hamısı 8 saylı İOEUGiM), Gülsüm Tunc, Kristina Bakarandze (hər ikisi "Hakkarigücü", Türkiyə), Ayşən Əhmədova, Aysun Əliyeva (hər ikisi "Okjetpes", Qazaxstan), Manə Mollayeva, Sevinc Cəfərzadə (hər ikisi "Kubanoçka", Rusiya), Yeliz Açar, Parlak Nazlıcan (hər ikisi "Fatih Vatan", Türkiyə).
• 16 yaşadək futbolçulardan ibarət milli dünəndən Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışına başlayıb. Hazırlıq prosesi çərçivəsində U-16 bu gün Bakı vaxtı ilə saat 19.00-da, iyunun 13-ü isə 13.00-da Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Toplanışa 20 futbolçu dəvət olunub: Ayxan Qələndərli, Cavid Adnayev, Firəddin Abdullayev, Elxan Zeynalabdinzadə (hamısı “Sabah”), Fariz Xeyrullayev, Ayxan Suleymanlı, Ağadadaş Salyanski (hamısı “Neftçi”), Emil Süleymanov, Fərid Qələndərov, İxtiyar Məmiyev, Sərxan Mirzəzadə, Namiq Şamilov (hamısı “Qəbələ”), Nəriman Axundzadə, Ərtoğrul Quliyev, Amin Qarayev (hamısı “Qarabağ”), Nicat Quliyev, Xəyal Əliyev (hər ikisi “Səbail”), Ruhid Mustafayev, Rəhman Məmmədov (hər ikisi “Sumqayıt”), Mahmud Ağayev (Zirə).