Sizin reklam burada

Kubemba da “tələbə” oldu

Title
Kubemba da “tələbə” oldu
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Cavid Tağıyevdən sonra Konqo əsilli fransalı Kevin Kubemba bundan sonra “tələbələr”in uğurları üçün çalışacaq. 26 yaşlı hücumçu ilə ikiillik müqavilə bağlanıb.
Karyerası ərzində Fransanın “Amyen”, “Lill”, “Brest”, “Bur-an Bress”, Belçikanın “Sent-Trüden”, Bolqarıstanın ÇSKA komandalarının şərəfini qoruyan Kubemba son mövsümdə “Səbail”in uğurları üçün tər töküb. Və qeyd etmək olar ki, sabiq komandasının Avroliqaya vəsiqə qazanmasında müstəsna xidmətləri olub. Hər halda, 28 çempionat matçının hamısında meydana çıxmasının, 5 qol vurmasının və bir o qədər də məhsuldar ötürmə verməsinin başqa adı yoxdu. Sadəcə, “Səbail” növbəti müqavilədə Kevini maddi baxımdan razı salmadığı üçün futbolçu “Sabah”la anlaşmağı qərara aldı.
Növbəti transfer isə, çox güman, Məhəmməd Mirzəbəyov olacaq.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.