Sizin reklam burada

Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb

Title
Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb
AFFA yığmaya dəstək verən fanatların xərcini qarşılayıb
Milinin Macarıstana uduzması futbol ictimaiyyəti, idman mediası və azarkeşlərlə yanaşı, AFFA rəhbərliyinin də narazılığına səbəb olub. Belə ki, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, oyun başa çatandan sonra baş məşqçi Nikola Yurçeviçlə görüşən assosiasiya prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov xorvat məşqçiyə ciddi irad bildiriblər. Məğlubiyyətə çox qəzəblənən rəsmilər xorvat məşqçinin heyət seçimindən narazı qaldıqlarını, komandanın istənilən səviyyədə çıxış etmədiyini çox kəskin şəkildə baş məşqçinin diqqətinə çatdırıblar. Mənbəmizin sözlərinə inansaq, Yurçeviç valideynindən tənbeh eşidən birinci sinif şagirdi kimi boynunu bükərək dayanıb və ona yönələn ağır sözlərə heç bir reaksiya verməyib.
Yeri gəlmişkən, yığma ilə bağlı daha bir xəbəri sizinlə bölüşmək istəyirik. Bildiyiniz kimi, macarlarla görüşdə 17 fanklub birləşərək “Bakcell Arena”da yığmaya dəstək veriblər. Gəncədən bizə ötürülən məlumata görə, həmin fanatlar arasında ölkənin ikinci şəhərində fəaliyyət göstərən “Qalatasaray” və “Kəpəz Ultras”ın üzvləri də olub. Təxminən 20 nəfərlik qrupun Gəncədən Bakıya gəlişi və geri dönüşü, bundan əlavə paytaxtdakı xərcləri AFFA tərəfindən qarşılanıb. Bizə bu haqda bilgi verən şəxs onu da əlavə etdi ki, assosiasiya rəsmiləri gəncəli fanatlarla yanaşı, digər fanatların da xərclərini öz üzərinə götürüblər.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.