"ASK Arena”nın mövcud süni ot örtüyünün əvəzlənməsi ilə bağlı AFFA tender elan edib. Görüləcək işlərin siyahısı belədi:
1. Mövcüd örtüyün rulon halında çıxarılması (7848 m2)
2. Qum və rezinin çıxarılması
3. FİFA "Quality Pro" sertifikatını əldə edə biləcək səviyyədə yeni süni örtüyün quraşdırılması (7848 m2):
- Müəyyən miqdarda əlavələr edilməklə mövcud “shockpad”dən istifadə olunması
- Müəyyən miqdarda əlavələr edilməklə mövcud qum və rezindən istifadə olunması
- FİFA "Quality Pro" sertifikatının alınmasına zəmanət verilməsi
Tenderdə iştirak etmək istəyənlər təkliflərini və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini 21 iyun 2019-cu il, saat 18.00-a qədər tender@affa.az elektron ünvanına göndərə bilər. Qeyd olunub ki, eyni keyfiyyətdə və eyni qiymətdə olan məhsullarla bağlı təkliflər arasında seçim edilərkən yerli istehsalçıların məhsullarına üstünlük veriləcək.