"Neftçi"nin haitili futbolçusu Soni Mustivar millinin düşərgəsində zədələnib. 29 yaşlı yarımmüdafiəçi məşqlərin birində komanda yoldaşı ilə toqquşma nəticəsində xəsarət alıb. MRT müayinəsi nəticəsində onun sağ dizinin iç bağlarının qırıldığı müəyyənləşib. Bu üzdən Mustivarın 1-3 ay aralığında yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Lakin bu müddətdə cərrahiyyə əməliyyatı olunmasına ehtiyac duyulmayacaq. Buna baxmayaraq, "Neftçi" Avroliqanın təsnifat mərhələlərində legionerinin xidmətindən yararlana bilməyəcək.
Qeyd edək ki, Haiti millisi hazırda ABŞ, Kosta-Rika və Yamaykada təşkil olunacaq "Gold Cup"a hazırlaşır. 16 komandanın mübarizə aparacağı yarış iyunun 15-dən iyulun 7-dək keçiriləcək.