Milli AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 11-də Slovakiya ilə qarşılaşacaq. Rəqib baş məşqçi Pavel Hapal Bakıda baş tutacaq matçda heyətdə mümkün dəyişikliklərdən söz açıb. Çex mütəxəssis yay olduğundan yarışların başa çatdığını və bu müddətdə futbolçuların formada olmadığını bildirib: "Ancaq onlar peşəkardılar və qarşıdakı oyunlara ikiqat hazırlaşmalıdılar. İordaniya ilə keçiriləcək yoldaşlıq görüşündən sonra heyəti müəyyənləşidirəcəyik. Komandaya əlavə 6 futbolçu dəvət etmişik. Onları da sınaqdan keçirmək istəyirik. İordaniya ilə oyunda şans qazanacaqlar. Əsas heyət isə Azərbaycanla matça hazırlaşacaq. İordaniya ilə görüşdən sonra 6 nəfər sıralarımızı tərk edəcək. Ancaq futbolçulardan bizi yaxşı mənada təəccübləndirən olsa, Azərbaycanla oyunda heyətdə dəyişiklik edə bilərik".