Türkiyənin birinci liqasında mübarizə aparan "Girəsunspor"ın şərəfini qoruyan Ozan Can Kökcü Milan Obradoviçin gəlişindən sonra U-21-ə dəvət olunmur. Sportal.az saytına açıqlama verən futbolçunun atası Halis Kökcü oğlunun Azərbaycan millisindən imtina etmədiyini deyib: "Ozan U-21-dən imtina etməyib. Agenti olanlar heyətə daxil edilir. Rəşad Sadıqov kimi birini xərclədilər, Ozan Can kimdi ki? Rəşad Sadıqov çox yaxşı insandı. Ozanla görüşmüşdü və geri dönməsini istəmişdi. Ancaq indi Ozanla problemi olanlar onu yığmaya dəvət etmədilər".
Xatırladaq ki, 20 yaşlı vinger U-20 və U-21 millimizdə çıxış edib. Gənc futbolçu bir dəfə yığmadan getdiyini açıqlasa da, Rəşad Sadıqov U-21-in baş məşqçisi təyin olunduqdan sonra onu fikrindən daşındırmışdı.
RƏŞAD