Macarıstanla oyuna 1500 bilet satılıb
Yığma AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində qarşıdakı ev matçlarında böyük azarkeş dəstəyi hiss edəcək. Ölkə xaricində yaşayan Şamil Mustafayevin həmtəsisçisi, rəhbəri olduğu "Milli Dəstə" fanklubunun "feysbuk"dakı səhifəsində bu haqda məlumat qeyd olunub: “17 azarkeş qrupu! 1 hədəf, 1 məqsəd! Uzun davam edən müzakirələrdən və çalışmalardan sonra milliyə dəstək olmaq məqsədi ilə 17 azarkeş qrupu birləşdi. Bu dəfə külüngü bir yerə, birlikdə vuracağıq!
Matç: Azərbaycan - Macarıstan (8 iyun, 20.00), Azərbaycan-Slovakiya (11 iyun, 20.00)
Stadion: Bakcell Arena
Sektor: 1A və 2A-nın mərkəzi
Köynək: ağ rəng
Bu tarixi hadisənin iştirakçıları və əziyyətini çəkən 17 azarkeş qrupu (əlifba sırası ilə): Bakı Kartalları, Beşiktaş Azərbaycan, Dənizçilər (Səbail), GFB Azərbaycan, Gəncə Kartalları, Xəmsə, İmarət, J12 (Juventus), Kapaz Ultras, Qarabağ Ordu, Mançester Yunayted, Milan Azərbaycan, Milli Dəstə, Red Black Army (Qəbələ), UltrAslan Azərbaycan (Bakı&Gəncə), UltraWolves (Traxtur).
Tribunamızda yer almaq istəyən hər bir azarkeş öz azarkeş qrupu ilə birbaşa əlaqə saxlasın. Heç bir azarkeş qrupunun üzvü olmayan və ya azarkeş qrupu qeyd olunmayan uşaqlar isə 1A və 2A sektorlarına biletlərin ala bilərlər. Digər məsələlərlə bağlı gündəlik məlumatlar paylaşılacaq. Uğurlar, milli!"
Onu da qeyd edək ki, “Bakcell Arena”dakı oyunlara bilet satışı davam edir. Biletlərin qiyməti kateqeoriyadan asılı olaraq 2, 3, 4 və 5 manatadı. Oyunları VİP-dən izləmək istəyənlər 20 manatından keçməlidi. Biletləri ASAN-lardan, “28 Mall” və “Gənclik Mall”dan, köşklərdən, Heydər Əliyev sarayının kassalarından əldə etmək mümkündü. Dünən AFFA-dan aldığımız bilgiyə görə, Macarıstanla oyuna 1500-dən artıq bilet satılıb.