"Qəbələ"nin daha bir futbolçusunun “Neftçi”yə keçəcəyi an məsələsidi. Söhbət Rauf Əliyevdən gedir. O, yeni mövsümdə paytaxt klubunun formasını geyəcək. Artıq futbolçunun “ağ-qaralar”la razılaşdığı deyilir. Özü də anlaşmanın müddəti 1 ildi. Sadəcə, münasibətlərin rəsmiləşməsi qalır. Yeri gəlmişkən, Stiven Jozef-Monrozla da buna bənzər razılıq əldə olunub. Hətta Voislav Stankoviçin də “Neftçi”yə keçəcəyi ilə bağlı infomasiyalar dolaşır.