Sizin reklam burada

Zaur Ramazanov mükafat verdi

Title
Zaur Ramazanov mükafat verdi
AFFA-nın təşkil etdiyi U-16 qızlar liqasında 2018/19 mövsümünü ilk üç pillədə başa vuran komandaların və müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçuların mükafatlandırılması mərasimi keçirilib. U-16 qızlar liqasının qalibi 8 saylı İOEUGİM (Bakı) olub. “Gənclik” (Şəki) ikinci, “Qubek” (Balakən) isə üçüncü yeri tutub. Aytac Feyzullayeva (Gənclik) ən yaxşı qapıçı, Alina Nəhmədova (Fidan) ən yaxşı oyunçu seçilib. “Gənclik” komandasının üzvü Nahidə Məmmədova 76 qolla liqanın bombardiri olub. Pərvin Səfərəliyeva (8 saylı İOEUGİM) “feyr-pley” mükafatına layiq görülüb. Mükafatları AFFA-nın Qadın Liqaları Şöbəsinin rəhbəri Emin Cəfərov, qızlardan ibarət U-19-un baş məşqçisi Vüqar Əsgərli, U-17-nin çalışdırıcısı Zamir Həsənov, futbol veteranı Zaur Ramazanov təqdim ediblər.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.