Peşəkar Futbol Liqasında struktur dəyişikliyi edilib. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı, rəsmi saytın baş redaktoru Elgiz Abbasov Texniki İdman Şöbəsinin rəisi təyin olunub. Qeyd edək ki, Abbasov 2014-cü ildən PFL-də çalışır. Ondan öncə sözügdən departamentə Nihat Məmmədov rəhbərlik edirdi. Abbasovun yerini isə Müzəffər Müzəffərli tutub. Hansı ki, Müzəffərli artıq bir il idi Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində çalışırdı.