...9 mart 1986. “Neftçi” Moskva “Torpedo”sunu qəbul edir. İsgəndər Cavadov 33-cü dəqiqədə hesabı açsa da, təbii ki, bu çapda rəqiblərlə oyunlarda bir top elə də böyük üstünlük deyil. Həm də sənin tərəfini tutduğun tarixən qeyri-sabit komanda imicinə malik “Neftçi”disə... Nə isə, moskvalılar məğlubiyyətdən qaçmaq üçün təzyiqi artırıb, ekran önündə olan bizlər – 10-11 yaşlı uşaqlar gərginlikdən özümüzü itirmişik, Allaha dua edirik ki, “Neftçi” qələbəni əldən verməsin. Axı düz bir həftə əvvəl evdə zəhlətökən “Kayrat”a üstün olduğumuz oyunda uduzmuşuq, daha bir məğlubiyyəti isə qəbul etmək çətindi. Həmin 88-ci dəqiqə. “Neftçi”nin müdafiəçiləri topu dəf edir, sol cinahda, meydanın özümüzə aid hissəsində onu ələ keçirən Maşallah Əhmədov qırğı sürəti ilə irəliləyir, faktiki ona çatmaq mümkün deyil, moskvalı müdafiəçilər və qapıçı Sarıçev ayılana qədər artıq qapı toru silkələnir. Bu qolun oxşarını mən bir də 2014-cü il aprelin 16-da - “Barselona” ilə “Real”ın qarşılaşdığı İspaniya kubokunun finalında gördüm. Elə həmin sol cinahda topu ələ keçirən Beyl yolüstü Bartranı da “bazara göndərib”, kuboku komandasına qazandıran qolu vurdu.
Açığını deyim ki, futbolçuları yaddaşıma əsasən belə epizodlarla yazıram, sonra da xatırlamaq istəyəndə yola bu nöqtədən çıxıram. Tale elə gətirdi ki, sonradan Maşallah Əhmədovla dəfələrlə üz-üzə gəldim, onun haqda çox oxudum, veteranlarla jurnalistlərin oyunlarında yaşıl meydanda rəqib olduq, futbolçu kimliyindən və bəzi ...arzuolunmaz əməllərindən də xəbər tutdum. Srağagün 60 yaşını tamamlayan Maşallah bəyin taleyinə yazılan bəzi qaranlıq nöqtələrə məhz indi toxunmaq vicdansızlıq olardı. 2017-nin yanvar – oktyabr aralığını dəmir barmaqlıqlar arasında keçirən bu unikal futbol adamının, veteranların öz arasında “Məşdi” çağırdığı “Neftçi” əfsanəsinin get-gedə futbol ailəsinə qoşulmaq cəhdlərini görürəm və düzü, bu mənə ləzzət edir. Axı o, 80-ci illər “Neftçi”sinin əzəmətli “üçlüy”ünün vazkeçilməz halqası, uşaqlığımın qəhrəmanlarından biri idi. Həmin səksənləri bir daha yada salmaq, əslində yetərincə güclü heyətə malik “Neftçi”nin daim 13-15-ci yerlər arasında var-gəl etməsindən doğan təəssüfümü oxucu ilə bölüşmək istəmirəm. Nə olubsa, olub və indi artıq tarixin təkərini geri fırlatmaq mümkün deyil. Amma görünür, bu da taleyin qəribə yazısıdı ki, “Neftçi”ni sonuncu dəfə “33 ən yaxşı futbolçu” siyahısında da bir başqası yox, məhz 1986 mövsümündə 13 qol vuran Maşallah Əhmədov təmsil edib. Sol cinah hücumçusu mövqeyində, Bloxin və Rodionovdan sonra. Bilənlər bilir, bilməyənlərə isə xatırladım ki, “Neftçi” həmin mövsümə necə başlamışdısa, respublikada uşaqdan böyüyə hər kəs 66-da qazanılan “bürünc” medalın 20 illik yubileyində daha böyük uğur qazanılacağını düşünürdü. Amma nə oldusa, bir də onda ayıldıq ki, mövsüm bitir və “Neftçi” yenə 13-cü yerdədi...
“Neftçi” 88-də sovet futbolunun elitasından gedəndə Əhmədovun hələ heç 30 yaşı tamam olmamışdı. Əslində həmin futbol mövsümündə Azərbaycan heç futbol hayında da deyildi. Erməni-rus alyansının torpaqlarımızı qəsb etmək yönündə planları işə düşmüşdü, “Neftçi”nin oyunu, taleyi heç kimə maraqlı deyildi. Açıq etiraf etmək lazımdı ki, nəzarətsizlik üzündən respublikanın bütün futbol təsərrüfatı xarabalıqa çevrilməkdə, idman qurğuları və stadionlar başqa təyinatlar üzrə istifadə edilməkdə idi.
Amma bu yazının məramı başqadı. Mən daha çox şey gözlənilən, amma tale dolanbaclarında, zamanın ziqzaqlarında karyerasını istədiyi kimi bitirməyən, sonra da yolunu azan və nəhayət, doğru istiqamətə yürüməyə çalışan qəhrəmanım, “Neftçi”nin “Məşdi”si haqda duyğularımı bölüşmək istəyirdim. 60 yaş artıq bir insanın özü-özünə çox ciddi şəkildə hesabat verdiyi, səhvlərlə vidalaşıb, ancaq doğrulara tapınmalı olduğu dövrdü. Mənə elə gəlir ki, Maşallah Əhmədov da bunun fərqindədi. Yəqin elə buna görə son vaxtlar futbol klubunda təmsil olunmaq, bilik və bacarıqlarını yeniyetmələrə aşılamaq fikrinə düşüb. İsgəndər Cavadovla İqor Ponomaryovun məlum uğursuzluqları fonunda, bu, sevimli “üçlüy”ün daha bir nümayəndəsinin futbolda futbolçu yox, başqa statusla iz qoymaq baxımından bəlkə də sonuncu şansıdı. Eşidirsənmi məni, “Məşdi”?!

Son xəbərlər

Eşli Yanq komandada qaldı

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Gürcüstan millisinin üzvü rəsmən "Neftçi"də

Bütün xəbərlər