
Cavid “Zirə”yə Fariz Nəcəfovla görüşdən sonra “hə” deyib
“Bilmirəm, nə məsələdi, sanki klublar öz aralarında sözləşiblər”
Son illər “Qəbələ”nin vacib fiquruna çevrilən və kapitan sarğısını qolunda gəzdirən Cavid Hüseynov bundan sonra başqa komandanın uğurları üçün tər tökəcək. Bölgə təmsilçisinin məlum durumla üzləşməsindən sonra bəzi aparıcı futbolçuların kollektivi tərk edəcəyi gözlənilirdi ki, kapitan “gəmi”ni tərk edənlərin sırasına qoşuldu. İki gün öncə “Zirə” ilə anlaşan 31 yaşlı yarımmüdafiəçi “qartallar”la ikiillik müqaviləyə qol çəkib.
Halbuki onu heyətində görmək istəyən təkcə “Zirə” deyildi. Lakin nədənsə Cavid üstünlüyü Samir Abasovun çalışdırdığı komandaya verdi. Bu transfer baş tutandan sonra sosial şəbəkələrdə bəzi müzakirələrə rast gəlmək mümkün idi. Daha doğrusu, müzakirələrdə müxtəlif suallar yaranırdı. Məhz həmin suallara cavab tapmaq üçün Hüseynovla danışdıq.
- Təkliflər arasından öz seçimini etdin, yoxsa ən real təklif elə “Zirə”dən idi?
- Düzünü desəm, seçim etdim.
- Neçə klubdan konkret təklif almışdın?
- “Sabah”la “Zirə” yüzfaizlik dəvətlər idi. Biri də var idi, əvvəl qızışdı, sonra nədənsə yatdı. Qısası, ən realları “Sabah”la “Zirə”dən idi.
- Niyə məhz “Zirə”?
(yazı tam halda qəzetin çap variantında)
HƏBİB