Sizin reklam burada

Səbuhi Səfiyarlı agent kimi fəaliyyət göstərəcək

Title
Səbuhi Səfiyarlı agent kimi fəaliyyət göstərəcək
Neçə vaxtdı “Qəbələ”dən gedəcəyi söylənilən Səbuhi Səfiyarlı iyunun 1-dən rəsmən “qırmızı-qaralar”dan ayrıldı. Çox maraqlıdı ki, onunla yanaşı, klubun Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibovun da adı ixtisara düşənlər sıraında çəkilirdi. Ancaq sonradan məlum oldu ki, Nəsibov postunda qalacaq və işini davam etdirəcək.
“Qəbələ”nin artıq sabiq meneceri ilə əlaqə saxlayıb, yaşananlara münasibət bildirməsini istədik. Səfiyarlı əsas komandada aparılan ixtisarlara görə işini itirdiyini bildirdi: “Rəhbərlik əsas komandanın büdcəsinin azaldılmasını əsas götürərək, mənimlə yolları ayrımaq qərarını verdi. Bu qərar iyunun 1-dən qüvvəyə mindi. Səməd Nəsibov ofisin əməkdaşı olduğuna görə onun əsas komandaya aidiyyatı yox idi”.
“Hansısa klubdan təklif almısız” sualına Səbuhi bəy belə cavab verdi: “Heç bir klubdan təklifim yoxdu. Ancaq futbol sahəsindən də ayrılmayacam. Artıq agent kimi fəaliyyət göstərəcəm. Bu yöndə işlərə start vermişəm”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.