Sizin reklam burada

Gerye: “Rizəspor” mənə 450 min avro təklif edir”

Baxış Sayı:453

Gerye: “Rizəspor” mənə 450 min avro təklif edir”
O “Legiya”dan da sərfəli təklif alıb
“Qarabağ”da öz oyunu ilə seçilən 3-5 futbolçu varsa, onlardan biri Vild-Donald Geryedi. 2017-nin yayından ağdamlıların uğurları üçün tər tökən Haiti yığmasının üzvü Ansi Aqollinin yer aldığı sol cinahı əlinə keçirməklə mövqeyinin “ağa”sına çevrilməyi bacardı. Daha bir üstünlüyü isə sabit oyunu ilə seçilməsidi. Meydanda can qoyur, mübarizələrdən çəkinmir, rəqibin kimliyinə önəm vermir.
Lakin “köhlən atlar” aparıcı oyunçularından birini itirmək təhlükəsi ilə üzləşib. Klubla futbolçu maliyyə şərtlərində ortaq məxrəcə gələ bilmir ki, bu da qaradərilinin “Qarabağ”dan təxminən yarım milyon dollar tələb etməsinə görədi. Çünki başqa klublardan təklifləri var və buna görə də az pula oynamaq istəmir. Məsələnin təfərrüatını öz dilindən eşitmək xoş olardı ki, Haitidə olduğunu zənn etdiyimiz Geryeni Türkiyədə tapdıq.
- Haitidəsən?
- Xeyr, Türkiyədə.
- Nə əcəb?
- Həm dincəlirəm, həm də təklifləri götür-qoy edirəm, danışıqlar aparıram. Boş dayanmaq vaxtı deyil.
- Bu, “Qarabağ”ı tərk edəcəyin anlamına gəlir?
- Elə bir fikrim yoxdu. Ailəm və yaxınlarım bilir ki, “Qarabağ”da və Azərbaycanda özümü çox rahat hiss edirəm. İstəyirəm hamı bunu bilsin. Bu klub mənə ailəmin bir parçası qədər doğmalaşıb. Amma biz futbolçuyuq, işin digər tərəfini də düşünməliyik. Mən klubu başa düşdüyüm kimi, onlar da məni anlayışla qarşılamalıdı. Ortaq məxrəcə gələ bilməsək, getməkdən başqa çarəm yoxdu.
- “Qarabağ”dan illik nə qədər maaş istəyirsən?
- Bunu mətbuata açıqlamaq istəmirəm. Klubla futbolçu arasında olan və qalmalı olan məsələdi. 3 dollar, yaxud 5 dollar – fərq etmir. Əsas olan bir-birimizi başa düşməkdi.
- Klubun verə biləcəyi məbləğdi? Ya da belə deyim, Azərbaycan reallığı üçün normal maaşdı?
- Məncə, fantastik məbləğ deyil.
- “Qarabağ”da hansısa futbolçu sənin tələb etdiyin qədər alır?
- Bunu deyə bimərəm. Açığı, bu haqda düşünmürəm də. Mən özümə cavabdehəm və növbəti müqavilə üçün nə qədər istədiyimi rəhbərliyə demişəm. Gizlətmirəm, bu dəqiqə mənə azı həmin maaşı təklif edən klublar var.
- Qurban Qurbanovun məsələyə münasibəti necədi?
- Sonuncu dəfə Bakıda olanda danışmışdıq və mənə “səni komandada görmək istəyirəm” demişdi. Siz jurnalistsiz, deyək ki, 200 dollara işləyirsiz. Sabah başqa sayt sizə 50-100 dollar artıq əməkhaqqı təklif etsə, nə edərsiz? Təbii ki, düşünəcəksiz, həmin sayta gedib-getməməyi götür-qoy edəcəksiz. Bütün sahələrdə belədi.
- Demək istəyirsən ki, kluba verdiyin dəyər qədər pulu da düşünürsən.
- Xeyr, hər şeyi pulla ölçməyin tərəfdarı deyiləm. Sabah hansısa Tayland klubu mənə 1 milyon təklif etsə, ora getmərəm. Çünki orda futbol yoxdu, avrokuboklarda iştirak etməyim mümkünsüzdü. Mən isə titul qazanmaq, beynəlxalq arenalarda güclü rəqiblərə qarşı oynamaq istəyirəm. Bu gün “Qarabağ”ın təklif etdiyi maaşı mənə Polşada verirlər.
- Hansı klub?
- Varşava “Legiya”sı.
- Elədisə, niyə müqavilə bağlamırsan?
- Çünki eyni məbləğ təklif edən iki klub arasında seçim etməli olsam, “Qarabağ”a üstünlük verərəm.
- Bildiyimə görə, “Qarabağ”da sonuncu maaşın 300 min dollar civarında olub.
- Hardan bilirsən?
(yazı tam halda qəzetin çap variantında)
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR