"Kəpəz" azarkeşlərlə əlaqələndiricisi və təhlükəsizlik rəisi Elmar Əliyevin dünənki “feysbuk” paylaşımı hər kəsi ağrıtdı: “Əziz qardaşlar, sizlərin duanıza ehtiyac var. Adil dayı can üstədi, dualarınıza ehtiyac var, bu gözəl gündə dua edin. Allah ailəsinədə səbr versin. Amin Allah”.
Son illərdə ölkəmizdə fanat hərəkatının inkişafına əvəzsiz töhfə verən, daim öz mövqeyi, xüsusən “Kəpəz”ə bağlılığı ilə seçilən Adil Məmmədovun və ya sadəcə, Adil dayının artıq uzun müddətdi ağır xəstəliklə mübarizə apardığını bilsək də, təbii ki, sıralarımızı belə erkən tərk etməsi arzuolunmazdı. “Xəmsə”nin yaradıcısını, nəhayət, həm də “Futbol+”in çoxdankı dostunu, ayaqda, tribunalarda görməkdən başqa diləyimiz yoxdu.
ORXAN
P.S. Bu yazı sayta qoyulana qədər artıq Adil dayının dünyasını dəyişdiyi haqda xəbər yayıldı. Allah rəhmət eləsin...