Xəbər verdiyimiz kimi, iyunun 18-19-da İsveçrənin Nyon şəhərində növbəti avrokubok mövsümünün – Çempionlar Liqası və Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkü atılacaq. "Qarabağ"ın ÇL-dəki bütün potensial rəqiblərinin adları təxminən bir həftə öncə müəyyənləşmişdi. Artıq Azərbaycanı Avroliqada təmsil edəcək klubların da bütün rəqibləri bəlli olub. Premyer-liqanın gümüş və bürünc medalçısı - "Neftçi"ylə "Səbail" mübarizəyə 1-ci, ölkə kubokunun qalibi "Qəbələ" isə 2-ci təsnifat mərhələsindən başlayacaq. Birinci təsnifat mərhələsində 94 komanda iştirak edəcək. 3,800 reytinqə malik olan “Neftçi” və “Səbail” püşkatma zamanı “səpələnmişlər” səbətində qərarlaşacaq. Potensial rəqiblərimiz arasında Ermənistan klubları - "Banants" və "Lori" olmayacaq.
“Səpələnmişlər”: "Legiya", "Krakoviya" (hər ikisi Polşa), "Styaua", (Rumıniya), “Malmö”, “Norçepinq” (hər ikisi İsveç), “Mölde”, “Brann”, “Hoqesun” (hamısı Norveç), “MOL-Vidi” (Macarıstan), “Dinamo”, “Vitebsk”, “Şaxtyor” (hamısı Belarus), “Spartak” (Slovakiya), "Apollon", AEK (hər ikisi Cənubi Kipr), “Jalgiris”, "Trakay" (hər ikisi Litva), "Aberdin", “Reyncers”, "Kilmarnok" (hamısı Şotlandiya), "Jrinski" (Bosniya və Hersoqovina), “Kayrat”, "Tobol", "Ordabası" (hamısı Qazaxıstan), "Radniçki", "Çukariçki" (hər ikisi Serbiya), "Domjale", "Olimpiya" (hər ikisi Sloveniya), “Kruzeyders” (Şimali İrlandiya), “Ventspils” (Latviya), “Styarnan” (İslandiya), “Fola” (Lüksemburq), “Vaduts” (Lixtenşteyn), “NEFTÇİ”, “SƏBAİL” (hər ikisi AZƏRBAYCAN), “Kork Siti” (İrlandiya), "Hapoel" Beer-Şeva, "Makkabi" Hayfa (hər ikisi İsrail), "Hayduk" (Xorvatiya), "Kukesi" (Albaniya), "Alaşkert" (Ermənistan), "Dinamo" (Gürcüstan), MOİK, "Levski" (hər ikisi Bolqarıstan), "Buduçnost" (Monteneqro), "Levadiya" (Estoniya), Danimarka çempionatında pley-offun qalibi.
“Səpələnməmişlər”: “Dunayska Ştreda”, "Rujomberok" (hər ikisi Slovakiya), "B-36 Torshavn" (Farer adaları), “Çixura”, “Torpedo” (hər ikisi Gürcüstan), "Debretsen", "Honved" (hər ikisi Macarıstan), “Milsami”, “Petrokub”, "Speranta" (hamısı Moldova), “Trans”, “Flora” (hər ikisi Estoniya), “Liepaya”, “Riqa” (hər ikisi Latviya), “Qzira”, "Baltzan", “Hibernian” (hamısı Malta), “Reykyavik”, “Breydablik” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), "Şkupi", "Akademiya Pandev", "Makedoniya Qerçe" (hamısı Makedoniya), “Şiroki Briyeq”, "Radnik" (hər ikisi Bosniya və Hersoqovina), “Konnak” (Uels), “Kuopio”, “Rovaniemi”, “İnter” (hamısı Finlandiya), “Ştumbras” (Litva), "Universitatya" (Rumıniya), "Mura" (Sloveniya), "Banants", "Lori" (hər ikisi Ermənistan), "Teuta", "Laçi" (hər ikisi Albaniya), "Yenneş" (Lüksemburq), "Zeta", "Titoqrad" (Monteneqro), ilkin mərhələnin 7 qalibi.
“Neftçi” və “Səbail” 2-ci mərhələyə çıxarlarsa, “səpələnməmişlər” arasında olacaq.
“Qəbələ”yə gəlincə, 6.250 reytinq xalına malik bölgə təmsilçisi ilk püşkatma zamanı “səpələnmişlər”in - yəni güclülərin sırasında yer alacaq. "Qəbələ" ilə yanaşı, "Roma" (İtaliya), "Ayntraxt" (Almaniya), "Espanyol" (İspaniya), "Partizan" (Serbiya), "Vulverhempton" (İngiltərə), "Strasburq" (Fransa), "Zarya" (Ukrayna), "Alkmaar", "Utrext" (hər ikisi Hollandiya), "Arsenal" (Rusiya), "Gimarayeş (Portuqaliya), "Royal Antverpen" (Belçika), "Yeni Malatyaspor" (Türkiyə), "Yablonets" (Çexiya), "Atromitos", "Aris" (hər ikisi Yunanıstan), "Osiyek" (Xorvatiya), "Esbyerq" (Danimarka) və "Lütsern"in (İsveçrə) də “səpələnmişlər”də olacağı dəqiqdi.
"Qəbələ"nin 34 potensial rəqibi var. Bunlardan 5-i birbaşa 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq AEL (Cənubi Kipr), "Hakken" (İsveç), "Vitolul" (Rumıniya), "Legiya" (Polşa) və "Lokomotiv"di (Plovdiv, Bolqarıstan). Digər rəqiblər birinci təsnifat mərhələsindən gələcək komandalar olacaq: "Zrinski" (Bosniya və Hersoqovina), "Kayrat", "Tobol", "Ordabası" (hər üçü Qazaxıstan), "Kukesi" (Albaniya), "Radniçki", "Çukariçki" (hər ikisi Serbiya), "Kilmarnok" (Şotlandiya), "Şaxtyor", "Vitebsk" (hər ikisi Belarus), "Domjale" (Sloveniya), "Kruzeyders" (Şimali İrlandiya), "Ventspils" (Latviya), "Styarnan" (İslandiya), "Norçepinq" (İsveç), "Hoqesund", "Brann" (hər ikisi Norveç), "Vaduts" (Lixtenşteyn), "Fola" (Lüksemburq), "Krakoviya" (Polşa), "Olimpiya" (Sloveniya), "Kork Siti" (İrlandiya), "Dinamo" (Tiflis, Gürcüstan), "Makkabi" (Hayfa, İsrail), MOİK, "Levski" (hər ikisi Bolqarıstan), "Trakai" (Litva), "Buduçnost" (Çernoqoriya), "Levadiya" (Estoniya). Digər 29 cütdə "Qəbələ" öz təmsilçilərimizlə yanaşı, Ermənistanın "Alaşkert" klubuyla görüşə bilməz. Ümumiyyətlə, Avropa Liqasının 2-ci təsnifat mərhələsində 92 komanda iştirak edəcək. Onlardan 74-ü Liqa, 18-i Çempionlar Yolundan gələnlər olacaq. "Qəbələ", eləcə də digər klublarımız 2-ci mərhələdən üzüağ çıxa bilsələr, 3-cü mərhələdə qarşılaşa biləcəkləri 8 komanda məlumdu. Bu turnirdəki təmsilçilərimiz 3-cü mərhələdə “səpələnməmişlər”də olacaq. Hələlik bəlli olan mümkün rəqiblər "Sparta" (Çexiya), "Sportinq" (Portuqaliya), "Feyenoord" (Hollandiya), "Standard" (Belçika), "Spartak" (Moskva, Rusiya), AEK (Yunanıstan), "Midtyullann" (Danimarka) və "Riyeka"dı (Xorvatiya).