Sizin reklam burada

U-21 ikinci oyunda qalib gəldi

Title
U-21 ikinci oyunda qalib gəldi
Mayın 18-dən Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət yığma hazırlığı başa vurub. Milan Obradoviçin rəhbərlik etdiyi komandamız toplanışı dünən keçirdiyi yoldaşlıq görüşü ilə tamamlayıb. Gənclər yerli Lyublyana “Olimpiya”sının əvəzedicilərdən ibarət komandası ilə münasibətləri aydınlaşdırıb. Bakı vaxtı ilə saat 19.00-da başlayan qarsılaşmanın ilk yarısı 2:2 nəticələnib. Hesabı sloveniyalılar açsa da, Musa Qurbanlı 17-ci dəqiqədə tarazlığı bərpa edib. Bir qədər sonra yenidən hesabda önə keçən rəqib fasilə ərəfəsində üstünlüyü əldən verib. Bu dəfə yığmamızın bərabərlik qoluna 45-ci dəqiqədə Turan Manafov imza atıb.
U-21 ikinci hissədə daha iki qol vuraraq, görüşdən qalib ayrılıb. 60-cı dəqiqədə Elvin Cəfərquliyev, 81-ci dəqiqədə isə Emil Qasımov fərqlənib. Beləliklə, yığmamız "Olimpiya"nın əvəzedicilərini 4:2 hesabı ilə məğlub edib.
Onu da bildirək ki, hazırlıq prosesi çərçivəsində iki yoxlama oyunu keçirən yığmamız mayın 21-də Xorvatiyanın “Sloven Belupo-2” komandası ilə qarşılaşmış və 1:1 hesablı heç-heçəyə razılaşmışdı.
Qeyd edək ki, bu gün vətənə dönəcək 21 yaşlılar hazırlığı Bakıda davam etdirəcək. Milan Obrodoviçin komandası iyunun 1-də əsas yığmamızla yoxlama oyunu keçirəcək. Ardından U-21-i Avropa çempionatının seçmə mərhələ oyunu gözləyir. Belə ki, komandamız iyunun 6-da tsiklə Lixtenşteyndə start verəcək. AÇ-nin ilk qarşılaşması Eşen şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
MİRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.