Böyük Britaniyanın ölkəmizdəki səfiri Tofiq Bəhramovu yada saldı
Böyük Britaniyanın ölkəmizdəki səfiri Kerol Krofts Avropa Liqasının final qarşılaşması ilə əlaqədar dünən mətbuat konfransı keçirib. Bir çox maraqlı məqamlara toxunan xanım diplomat Tofiq Bəhramovu da yada salıb: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər böyük təcrübəyə malikdi. Britaniyanın Bakıdakı səfirliyi Azərbaycan hökuməti, hər iki ölkənin futbol federasiyaları, klubları ilə fəal əməkdaşlıq edir və bu sahədə çox işlər görülüb. Avropa Liqasının final qarşılaşması ilə bağlı səfirlik Bakıya gələcək ingilis azarkeşlər üçün lazımi məlumatların olduğu xüsusi broşür hazırlayıb”.
28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edən Kerol Krofts ölkələrimiz arasında idman sahəsində əlaqələrdən danışarkən, Bakıda keçiriləcək final oyununun əhəmiyyətini xüsusi qeyd edib. Kerol Krofts futbol üzrə İngiltərə millisinin 1966-cı ildə azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun düzgün qərarı sayəsində tarixində ilk dəfə dünya çempionu olduğunu bildirib: “Böyük Britaniya - Azərbaycan futbol əlaqələri barədə danışarkən ilk ağla gələn Tofiq Bəhramovdu. 1966-cı ildə keçirilən dünya çempionatının ildönümü ilə əlaqədar 2016-cı ildə biz Tofiq Bəhramovun ailəsini ziyarət etdik. Tofiq Bəhramovun ailəsi bizə onun arxivindən fotoşəkillər təqdim etdi. Həmin fotoşəkillər Azərbaycanla Böyük Britaniya arasında yüksək səviyyəli əlaqələrin rəmzlərindən biridi. Həmin il Tofiq Bəhramovun ailəsi Kraliça II Yelizavetanın doğum günü məclisinə dəvət edilib və orda onlara Tofiq Bəhramovun tarixi oyunda geydiyi forma təqdim olunub”.
Səfir Böyük Britaniya vətəndaşlarının Azərbaycana təkcə futbol matçlarında yox, “Formula-1”, cüdo və idmanın başqa növləri üzrə keçirilən yarışları izləmək üçün də səfər etdiklərini bildirib. Ölkəmizdə Birləşmiş Krallığın 500-dək şirkətinin fəaliyyət göstərdiyini və Britaniya icmasının mövcudluğunu qeyd edən diplomat bildirib ki, Avropa Liqasının “Arsenal” və “Çelsi” klubları arasında oynanılacaq final qarşılaşması ilə əlaqədar səfirlik AFFA və Azərbaycan hökuməti, eləcə də Britaniya polisi ilə sıx əməkdaşlıq edir. Səfirlik daha çox Britaniya vətəndaşının final oyununu izləmək üçün Bakıya gəlməsinə çalışır. O, final günü bir neçə çarter reysi ilə azarkeşlərin Bakıya gələcəklərini bildirib. Diplomat final qarşılaşmasının möhtəşəm alınacağına əminliyini də ifadə edib.


Son xəbərlər

Liberiya millisinin üzvü Azərbaycan klubunun düşərgəsində

"Kəpəz" qərb derbisinə itkilərlə çıxacaq

Makqreqor xəstələnən Poryeyə söz atdı

“İmişli” Saatlını doğma stadiona dəyişir

DÇ-2022-də 1/4 final həyacanı - YENİLƏNİR

Fürinin xanımı də Usikin adını çəkdi - MÜSAHİBƏ

"Xarı Bülbül" Çağırış kubokunda iştirak edən rəqibini məğlub etdi

Şəhriyar Əliyev: “Ayxan Abbasov nə desə, o da olacaq”

"Mingəçevir" - "Qaradağ Lökbatan" matçını bu hakim idarə edəcək

2 yığmanın seçmə mərhələdə oyunlarının vaxtları açıqlandı

Gəncədə qərb, Bakıda paytaxt derbisi - YENİLƏNİR

Azərbaycanlı məşqçilər Brondbüdə seminarda iştirak ediblər

2 idmaçımızdan qızıl medal

Liderdən növbəti qələbə

İspaniya nəhəngi Qarnaçonu istəyir

"Azersun Arena"da 4 qol - VİDEO

Qurban Qurbanov: "Cavab qarşılaşması daha maraqlı olacaq"

Elmar Baxşıyev: "İstədiyimi komandamdan görürdüm"

Kamal Bayramov: "Qərb derbisi azarkeşlər üçün xüsusi maraq kəsb edir"

Yüksək Liqada ilə yekun vuruldu

Braziliya millisi üçün xoş xəbər

Raysın durumuna aydınlıq gəldi

“Zirə”dən minimal hesablı qələbə - VİDEO

Laurentsiu Regekampf: “Komandamı dəyişməyi düşünmürəm”

Rəşad Sadıqov: “Meydanda amansız mübarizə gedirdi”

Endrikin yeni klubu bəlli oldu

“Zirə”nin hücumçusu zədələndi

“Neftçi”də ciddi itki

“Türkiyə futbolu Avropa səviyyəsindədi”

Azərbaycanlı şahmatçı İspaniyada çempion oldu

Lənkəran təmsilçisi matça gəlmədi

“Türkiyədə açıqlamaq istəmədiyim səbəblərə görə şans qazanmadım”

Messi – Ronaldo rəqabəti DÇ-də də davam edir

"Emin Mahmudov tək "Neftçi"nin yox, Azərbaycanın aparıcı futbolçularından biridi" - "Neftçi" azarkeşi

“Qətərdə hələ ki, heç bir neqativ durum yaşanmayıb”

Hörmət, yoxsa sərvət? - TƏHLİL

Azərbaycan şahmatçıları üçün Mahaçqala sınağı

“Zirə” ilə oyundan əvvəl "Neftçi"də “Sağlamlıq durumu” - VİDEO

FFF-nin şikayəti əsassız sayıldı

DİN azarkeşlərin saxlanılmasına reaksiya verdi: “Onlar ictimai qaydaları pozub”

Mbappe İngiltərə ilə oyunu buraxa bilər

Nazir Sumqayıtda idmançılarla görüşdü

Bütün xəbərlər