Sizin reklam burada

“Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır”

Title
“Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır”
Azər Mirzəyevdən növbəti ittiham dalğası
Beynəlxalq qrossmeyster Azər Mirzəyev növbəti dəfə “Futbol+”ə müraciət edib. Daha dəqiq desək, Azərbaycan Şahmat Federasiyasının fəaliyyətindən narazı olan Mirzəyev Şahmat Olimpiadası ilə bağlı müqayisəli təhlil yazısını redaksiyamıza göndərib. Yazını məyyən redaktə ilə diqqətinizə çatdırırıq:
“Ümümdünya Şahmat Olimpiadaları 2 ildən bir keçirilir. Öncə gəlin təqdim etdiyim xronoloji ardıcıllığa nəzər yetirək:
2004. Kalviya (İspaniya) 3,4 milyon avro
2006. Turin (İtaliya) 3,5 milyon avro
2008. Drezden (Almaniya) 6,5 milyon avro
2010. Xantı-Mansiysk (Rusiya) 6,5 milyon avro
2012. İstanbul (Türkiyə) 7,5 milyon avro
2014. Trömse (Norveç) 8,8 milyon avro
2016 Bakı (Azərbaycan) 11 milyon avro
42-ci Ümumdünya Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov olub. Əlbəttə, Şahmat Olimpiadası kimi vacib turnirin Azərbaycanda keçilirilməsi yaxşı haldı. Amma daha bu büdcəylə yox ki…
Bundan əlavə, 400 könüllu çalışıb Olimpiadada. Federasiyanın tərəfdarları (belələri cox azdı, amma tapıla bilər) deyə bilərlər ki, Olimpiadanın yaxşı təşkili üçün böyük vəsait tələb olunur. Belə ki, vitse-prezident Mahir Məmmədovun komandası 2 il ərzində 3,4 milyon manat maaş alıblar. Belə bir şey hec harda görünməyib. Rusiyadan iştirakçılarla şəkil çəkdirmək ücün artistlər də dəvət olunub. Düşünürəm ki, şahmat fiquru formasında şəkil çəkdirmək ücün özümüzdə kifayət qədər artist tapılardı. Rusiyadan oyunları videoya çəkmək üçün komanda da dəvət olunub. Bu kimi hallar onlarla idi.
Digər vitse-prezident Faiq Həsənov Olimpiadanın baş hakim idi. Azərbaycandan yarışda 30-dan cox hakim olub. FİDE-nin hakimlər üçün ayırdığı qonorar 1000 avrodu (2000 manat). Amma azərbaycanlı hakimlərin boyük əksəriyyəti 700 manat, bəziləri də 1000 manat alıblar. Əcnəbi hakimlərə isə nəzərdə tutulan məbləğ - 1000 avro verilib.
Mətbuatda dolaşan xəbərlərə görə, federasiya yaxın zamanda cox bahalı (700-750 min manat büdcəsi olan) və ölkəmizə hec bir faydası olmayan qadınların “Qran-pri”sini keçirmək istəyir. Təqvim ilinin ən vacib turnirlərinin kecirilməsinə isə nəyə görəsə vəsait tapılmır. Bir müddət öncə dünyanın bir cox ölkəsi tərəfindən tanınmayan Kosovoda qrossmeysterlərin iştirakıyla liqa başa çatıb. Bizdə isə belə vacib turnir uzun illərdi keçirilmir. Güclü şahmatçılar və məşqçilər ölkədən gedir, federasiya isə yeni - bahalı və israfçı tədbirə hazırlaşır. Cünki federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.