Sizin reklam burada

“Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb

Title
“Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb
“Qırmızı-qaralar” itirə-itirə gedir
Növbəti mövsümdən büdcəsi azalacaq “Qəbələ"də ayrılıqlar davam edir. Sənan Qurbanovu baş məşqçi postunda saxlayan ölkə kubokunun son qalibi əcnəbi mütəxəssislərlə yolları ayırıb. Ukraynalı fiziki hazırlıq üzrə məşqçi Vladimir Şeludko və qapıçılarla işləyən Aleksandr Qluşenko ilə yeni müqavilə imzalanmayıb. Qeyd edək ki, Şeludko eyni zamanda zədəli futbolçuların reabilitasiyası ilə məşğul idi. "Qəbələ"nin texniki personalında da gedənlər var. Belə ki, ukraynalı həkim Roman Jolobaylyukla da yollar ayrılıb. Xatırladaq ki, adını çəkdiyimiz mütəxəssislər şimallıların sabiq çalışdırıcısı Roman Qriqorçukun dönəmində bölgə təmsilçisinə üz tutmuşdular.
Yeri gəlmişkən, məşqçilərlə yanaşı, “qırmızı-qaralar”ın idarəçiliyində də “yarpaq tökümü” yaşanıb. Əldə etdiyimiz məlumata görə, “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı, Media və Marketinq Departamentinin rəhbəri postunu tutmuş Səməd Nəsibli də düşərgədən ayrılıb. Məsələyə aydınlıq gətirmək üçün Səfiyarlı ilə əlaqə saxlasaq da, klub funksioneri zənglərimizi cavabsız qoydu. Səməd bəyin telefonuna isə, ümumiyyətlə, zəng çatmadı.
Sonda “Qəbələ” ilə bağlı daha bir xəbəri sizlərlə bölüşmək istəyirik. Mayın 28-də, saat 19.00-da Qəbələ şəhər stadionunda “qırmızı-qaralar”ın ölkə kubokunun qalibi olması münasibəti ilə bayram tədbiri təşkil olunacaq. Konsertdə məşhur meyxana ustası Pərviz Bülbülə və populyar müğənni Roza Zərgərli iştirak edəcək.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.