Ötən yaydan “Neftçi”nin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət komandasında çalışan Mirbağır İsayev klubla yollarını ayırıb. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, təcrübəli mütəxəssis öz istəyi ilə U-16-nı tərk edib. Buna isə klub rəhbərliyi ilə ortaq məxrəcə gəlməməsi səbəb olub. Belə ki, “ağ-qaralar”ın prezidenti Kamran Quliyevlə aralarında narazılıq yaşanan İsayev klubdakı işinə son vermək qərarına gəlib. Məhz buna görə də öz xoşu ilə “qapını arxadan bağlayıb”.
Məsələylə bağlı Mirbağır bəyin fikirlərini öyrənmək istəsək də, iki nömrəsindən heç birinə zəng çatmadı. Mövzuya yenidən qayıdacaq, təfərrüatı öyrənməyə çalışacağıq.
HƏBİB