Haqq davamız davam edir
Polis zorakılıq etdi, “Bizi eşit, Prezident” şüarını açmağa qoymadı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının aprelin 1-də verdiyi ədalətsiz qərarla “Futbol+”i dövlət yardımından kənarda qoymasına qarşı mübarizəmiz davam edir. Ötən müddətdə keçirilən etiraz aksiyalarından xəbəriniz var. Srağagün kollektiv olaraq növbəti aksiyaya cəhd etdik. Daha doğrusu, saat 11.30-da metronun “İçərişəhər” stansiyasının çıxışında bir araya gəlib, Prezident Administrasiyasına tərəf hərəkət edirdik ki, iki polis yaxınlaşaraq, toplaşmanın səbəbi ilə maraqlandı. Təbii ki, niyyətimizi dedik. Guya rəislərini çağırırlar adı ilə küçəyə o qədər poqonlu və poqonsuz adam tökdülər ki, açığı, çaşıb qaldıq. Heç "Bizi eşit, Prezident" şüarını açmağa da qoymadılar. Elə burdaca polis zorakı təbiətini göstərdi. Saat 11.55 radələrində polislə dialoqumuzu çəkməyə cəhd edən həmkarlarımızdan Fərqanə Novruzova ilə Türkan Bəşirlini çox kobud şəkildə, az qala sürüyə-sürüyə maşına oturdub, bölməyə apardılar. Bizə isə məsləhətləri belə oldu ki, heç bir çəkiliş-filan olmadan nümayəndələrinizi Administrasiyanın qəbul otağına qədər müşayiət edə bilərik. Hər hansı başqa addımın mənasız olduğunu görən kollektivdən üç nəfər – baş redaktor Mahir Rüstəmli, şöbə redaktoru Kənan Həsənov və reportyor Rəşad Qasımov qəbul otağına yollandı. Qəzetçilərlə üz-üzə gələn və onların fikrini öyrənmək istəyən “Meydan” TV-nin əməkdaşı Aytac Tapdığı da polis heç bir əsas olmadan bölməyə apardı. Beləliklə, aksiyanı işıqlandırmağa gələn, amma zorakılıqla üzləşən həmkarlarımızın sayı üçə çatdı. Qəzetin nümayəndələri qəbul otağından Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanovla əlaqə saxlasalar da (aprelin 11-də bizi məhz o qəbul etmişdi), heç bir ümidverici cavab almadılar. Tahir bəy onunla eyni şöbədə, müdir müavini vəzifəsində çalışan Vüqar Əliyevlə əlaqə saxlamağı məsləhət gördü. Dünən isə qəzetin baş redaktoru Mahir Rüstəmli Vüqar bəylə görüşüb. Görüşdə baş redaktor KİVDF-nin ədalətsiz qərarının qəzetin işində yaratdığı çətinliklər haqda bilgi verib, idman mətbuatının ayrı-seçkiliyə məruz qalmasının səbəbləri ilə maraqlanıb. Bu qərarın istisnasız “Futbol+”i məhv etməyə yönəldiyini, yardımdan kənarda qalan “Olimpiya dünyası”nın Prezident İlham Əliyevin rəhbərlik etdiyi Milli Olimpiya Komitəsinin orqanı olduğuna görə heç bir çətinliklə üzləşmədiyini, “Futbol+qol” qəzetinin sahibi Vüqar Səfərlinin isə burdan kəsdiyi pulu bir başqa qəzetinə, yəni “Mövqe”yə ayırdığını Vüqar bəyin nəzərinə çatdıran baş redaktor belə duruma izahat verilməsini istəyib. O da məsələ ilə bağlı şöbə müdiri Əli Həsənova məlumat verəcəyini, qəzetin taleyinin diqqət mərkəzində olduğunu deyib.
Əlbəttə, bu cavabla kifayətlənmək fikrində deyilik. Haqqımız bərpa olunana qədər mübarizəni davam etdirəcəyik. Sadəcə, Avroliqanın finalı ərəfəsindəki ölkəmiz üçün həssaq məqamı nəzərə alır, onsuz da Azərbaycanın imicinə zərbə vurmağa həvəsli olan ingilis-rus-erməni təbliğat maşınının yandaşı kimi görünmək istəmirik. Bu məqamda bəzi həmkarlara da ünvanlanan mesajlarımız var. Qoy hər kəs anlasın ki, biz yalnız özümüzün yox, hətta şou-biznesdən də aşağı tutulan idman jurnalistikasının ümumi maraqları üçün çalışırıq. Yanımızda deyilsiz, fədakar kollektivə baş çəkmirsiz, heç olmasa, aksiyaları işıqlandırın ki, millət nəyin uğrunda mübarizə aparmağımızdan xəbər tutsun. Davamız pul yox, haqq davasıdı. Hörmətsizliyə, ayrı-seçkiliyə məruz qalan idman mediası üçün haqq davası. Və bu yolda hələ çox yürüyəcəyik. Bu ölkədə media siyasətini yürüdənlər, KİVDF-nin Müşahidə Şurasına göstəriş verənlər bizə kənarda qalmağımızın səbəbinə dair tutarlı izahat verməlidilər və verəcəklər. Bizə Əflatun Amaşov kimi dili dolaşan, fikrimizi yuxarılara çatdırmağı bacarmayan adamların cavabı yetərli deyil.
...Hə, Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə aparılan xanım həmkarlarımızın taleyinə də aydınlıq gətirək. Onları heç bir əsas olmadan həmin bölmədə üç saat saxladıqdan sonra, saat 15.00 radələrində azad etdilər. Fərqanə xanımın pencəyini elə vəziyyətə salmışdılar ki, geyiləsi deyildi. Bizlər aksiyanın işıqlandırılmasında fədakarlıq göstərən, peşə borcunu ləyaqətlə yerinə yetirən xanımlara təşəkkür edib, redaksiyaya yollandıq. Əzab-əziyyətlə qəzetin növbəti sayını hazırlamaq və yeni aksiyaların planlarını cızmaq üçün...
HUŞƏNG

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər