Rahim Səmidov: “Gürcüstan çempionatında oynayacağıq, çünki...”
Kimlərinsə bunu qəbul edib-etməməsindən asılı olmayaraq, “Xəzər Cənub” Azərbaycan futzalına populyarlıq gətirdi. Səxavət kisəsinin ağzını açdı, səviyyəli legionerlər gətirdi, “Aura” İdman Kompleksini baza seçdi, özünə azarkeş dəstəyi təmin etdi, çempionata rəng qatdı. “Araz”, “Ekol”, “Neftçi” kimi illərin təcrübəsini qazanmış komandalara boy göstərdi, çempionat ərzində hamısını məğlub etməyi bacardı. Yalnız final qarşılaşmasında “Araz”a uduzan “Xəzər Cənub”un sonrakı addımları ikili hisslər yaratdı. Bəziləri onları qınadı ki, mükafatlandırmaya, eləcə də “Advokat”la yarımfinal matçına çıxmamaqla hörmətsizlik etdilər. Ancaq onları dəstəkləyənlər də az deyil. Çünki lənkəranlılar hakim haqsızlığına məruz qaldığını iddia edərək, haray çəkir. Həqiqətən də “Neftçi” ilə yarımfinal matçında “Xəzər Cənub”u sıxdılar, əsas oyunçusu İsaq Surqalını sıradan çıxardılar. Belədə debütant həlledici qarşılaşmaya lidersiz çıxdı...
Lənkəran təmsilçisinin artıq fəaliyyətini dayandırdığı deyilirdi. Hər halda, komanda dağılıb, iranlılar yola salınıb, “Aura” da boşaldılıb. Əslində bir neçə gündü “Xəzər Cənub”un prezidentini axtarırdıq. Axı əsas söz sahibi odu, komandanın taleyini, bundan sonra atılacaq addımları yanız Rahim Səmidovdan öyrənə bilərdik. Nəhayət, dünən səylərimiz bəhrə verdi. Klubun rəhbəri ilə söhbətdə çox mətləblərə aydınlıq gəldi. Məlum oldu ki, lənkəranlılar mübarizəni sona qədər davam etdirmək əzmindədi. Ümumiyyətlə, Rahim bəy çox iddialı biridi. Hətta elə planını açıqladı ki, açığı, bu bizim üçün sürpriz oldu.
- “Xəzər Cənub”la yola çıxanda debüt mövsümündə finala qədər gəlib çıxacağınıza, kubokda da uğurlu çıxış edəcəyinizə inanırdız?
- Sözsüz. Mən bir işə qol qoyuramsa, o işi yüksək səviyyədə görməyə çalışıram. Uzun illər Rusiyada yaşamışam, bizneslə məşğul olmuşam. Ölkə başçımızın iş adamlarına çağırışına səs verənlərdən biri kimi qazandığımdan öz ölkəmə yatırım etmək qərarına gəldim. Xosrov müəllimin (Futzal Federasiyasının əməkdaşı Xosrov Məmmədovu nəzərdə tutur - M.) sayəsində futzala gəldik. Sağ olsun, başlanğıcda bizə çox kömək etdi. Futzala üz tutmağımıza gəlincə, nüfuzlu idman növüdü, ölkəmizdə populyardı, ilk dəqiqəsindən son saniyəsinə qədər tamaşaçını həyəcanda saxlayır. İran yığmasının üzvlərini cəlb etdik, təcrübəli məşqçiylə anlaşdıq. İlk gündən iddiamızı ortaya qoyduq. Əslində hədəfim, sadəcə, Azərbaycan çempionu olmaq deyil. Əsas planımız Çempionlar Liqası ilə bağlıdı.
- İndiki zamanda danışırsız, komanda dağılmayıb?
- Yox. “Xəzər Cənub” nəinki dağılıb, əksinə, bundan sonra daha böyük güc və enerji ilə çıxış edəcəyik. Biz 1 illik komanda deyilik. Daha böyük məqsədlərimiz var. Sadəcə, ola bilər, növbəti mövsüm Azərbaycan çempionatına nisbətən zəif komanda buraxım. Çünki burda güclü komandadan çəkinirlər, onun qarşısına sədd çəkirlər. Qoy zəif komandanı nə qədər istəyirlər, udsunlar, lovgalansınlar. Mən 15-20 nəfərin ailəsinə çörəkpulu aparmasına kömək edəcəm, ona görə zəif də olsa, komandanı çempionatda saxlayacam. Əsas məqsədimi isə ölkə xaricində həyata keçirəcəm.
- Mümkünsə, həmin istəyinizi bizə də açıqlayın.
(yazı tam halda qəzetin çap variantında)
MİRAĞA