Sizin reklam burada

Səfir jurnalistlər önünə çıxacaq

Baxış Sayı:346

Səfir jurnalistlər önünə çıxacaq
Böyük Britaniyanın ölkəmizdəki səfiri Kerol Krofts Avroliqanın Bakıda keçiriləcək finalıyla bağlı media təmsilçiləri ilə görüşəcək. Mətbuat konfransı mayın 27-də “Landmark” otelində keçiriləcək və səhər saat 10-da başlayacaq.
Xatırladaq ki, mayın 29-da keçiriləcək final oyununda məhz İngiltərə klubları – “Arsenal”la “Çelsi” qarşılaşacaq.
Bu arada Avroliqanın finalı ilə bağlı ölkə banklarının da 27 may – 1 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyi bəlli olub. Ölkə əhalisinin, Bakıda səfərdə olan turistlərin və əcnəbi qonaqların bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 22 bankın 75 filial və şöbəsi müştərilərə gücləndirilmiş iş şəraitində xidmət göstərəcək. 9 bankın 12 filial və şöbəsi 24 saat rejimində fəaliyyət göstərəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR