Xətai Bağırov Taylandda oteldə qalır
“Son 4 matçda uduzmuşdular, ayağım düşərli oldu, qələbə qazandıq”
Mayın 17-də futzal üzrə yüksək liqanın finalında "Xəzər Cənub"la qarşılaşan "Araz" çempionluq kubokunu başı üzərinə qaldırsa da, həmin gecə bir itki ilə barışmaq məcburiyyətində qaldı. Belə ki, Naxçıvan təmsilçisinin və millinin üzvü Xətai Bağırov həmin gün son oyununa çıxdı. Hücumçu bundan sonra karyerasını Tayland çempionatında davam etdirəcək. Daha doğrusu, o, artıq "Sisaket"in heyətində ilk oyununa çıxıb. Mayın 19-da baş tutan debüt qarşılaşması onun üçün uğurlu alınıb. Belə ki, Xətai ilk oyunda bir qol vurub, bir məhsuldar ötürmə ilə yadda qalıb. Dünən millimizin üzvü ilə əlaqə saxlayıb, həm ilk təəssüratını öyrəndik, həm də bizi maraqlandıran suallara cavab aldıq.
- Mayın 19-dakı oyuna çıxacağını gözləmirdik.
- Elə özüm üçün də gözlənilməz oldu. Mayın 18-i səhər saatlarında Bakını tərk etdim və Dubaya gəldim. Üç saatlıq uçuşdan sonra 2 saat da burda gözləməli oldum. Ordan Banqkoka gəldim, Oban reysi üçün yenə 3 saat ləngidim. Ordan da maşınla 20 dəqiqəyə Sisaketə gəldim. Bir sözlə, 15 saatım yolda keçdi. Ancaq 18-i gecə dincəldim, yuxum qaydasına düşdü. Oyun günü gördüm ki, özümü yaxşı hiss edirəm. Oynamaq istədiyimi dedim, şans verdilər. Şükür, oyunum pis alınmadı. Son 4 matçda uduzmuşdular, ayağım düşərli oldu, qələbə qazandıq.
- Sənin üçün ev tutublar, yoxsa...
- Hələlik oteldə məskunlaşmışam. Ayın 31-nə kimi burda qalacam, çünki otelin pulunu ödəyiblər. İyunun 1-dən evə köçəcəm. Tutduqları evə gedib baxmışam, ürəyimcədi.
- Klubunla bağlı ilk təəssüratın necədi?
- Hazırda autsayder mövqeyinə yaxın olsaq da, "Sisaket" peşəkar klubdu. Burda hamı öz işini bilir. Hər kəs başını aşağı salıb işini görür. Məni də çox isti qarşıladılar.
- Oyunla bağlı videoyazını izləyərkən, buna şahid olduq. Tez qaynayıb-qarışmısan.
- Elədi, sanki uzun müddətdi burdayam. Qələbə ilə başlamağım da yaxşı oldu, özünəinam yarandı. 5:3 hesabı ilə qələbə qazandıq, bir qol vurdum, bir qol ötürməsi verdim.
- Komanda yoldaslarınla necə anlaşırsan?
- İngilis dilində danışırlar. Mənim ingiliscəm də pis deyil. Hər halda, ünsiyyət qura bilirəm.
- Çempionatın səviyyəsi necədi?
- Yüksək səviyyədə. Burda bizdəki kimi deyil, bütün qarşılaşmalar bir arenada yox, ev-səfər prinsipi ilə keçirilir. İlk oyunum öz meydanımızda baş tutdu.
- "Sisaket"də braziliyalılar da olmalıdı.
- Əvvəlcə onu deyim ki, reqlamentə görə hər komandanın sifariş ərizəsində üç legioner yer ala bilər. Onlardan isə ikisi "14-lüy"ə düşə bilər. "Sisaket" 2 "sambaçı" transfer edib. Bu dəfə onlardan biri heyətdən kənarda qaldı, mən oynadım. İnsafən, həyətdəki braziliyalı pis deyil. Müdafiəçi olsa da, hücumçu keyfiyyətləri də var, 2 qol vurdu. Açığı, təəccübləndirdi məni. Çünki artıq çəkisi var, ilk baxışdan mənə elə gəldi ki, ləng təsir bağışlayar. Amma dediyim kimi, yaxşı oynadı. O biri braziliyalı isə arıq, çəlimsizdi. Gücü yoxdu. Amma istənilən halda, Braziliyadandı, qanında var.
- Qayıdaq Bakıya, "Xəzər Cənub"la oyunda bir məqam diqqətimizi çəkdi. Bir neçə epizodda baş məşqçi Joze Alesio da Silvaya acıqlı şəkildə, əl-qol hərəkətləri ilə etiraz edirdin. Nə baş verirdi?
- Gözünüzdən heç nə yayınmır (gülür). Alesio nəsə həyəcanlı və aqressiv idi. Tez-tez irad bildirirdi. O həddə çatdım ki, mən də qışqırdım. Ancaq bu normaldı. Alesioda tez-tez olur belə hal, həyəcanlı olanda özündə olmur. Alışmışıq, bəzən onun aqressivliyi motivasiyamızı artırır. Hətta mənə elə gəlir ki, o bilərəkdən belə edir (gülür). Onunla dost kimi sağollaşıb ayrıldıq. Mənə bəzi tövsiyələrini verdi. "Araz"dan ayrılsam da, millidə yenə onun rəhbərliyi altında oynayacam.
- Söz düşmüşkən, "Xəzər Cənub"la qarşılaşma barədə də fikirlərini bilmək istərdik. Razısan ki, rəqib sizdən üstün idi və İsaq Surqalının cəzalı olması işinizə yaradı?
- Sualınızın birinci hissəsi ilə razıyam, ikinci hissəsi ilə yox. Həqiqətən "Xəzər Cənub"un üstünlüyü var idi, onların təhlükəli vəziyyətləri daha çox oldu. Qapıçıları korladı hər şeyi, "qırmızı" almaqla işimizi asanlaşdırdı. Ancaq Surqalının yoxluğuna sevinmirdik. O, qeyri-adi oyunçu deyil. Düzdü, hücumda çox təhlükəlidi. Bununla belə, komanda oyunçusu deyil, müdafiəyə kömək etmir. Arxaya qayıtmaması bizim işimizə yarayır. Arxada boşluq buraxması rəqiblərinin işini asanlaşdırır. Yəni bilmək olmazdı ki, o, həmin gün meydanda olsaydı, uduzardıq. Finaldan sonra meydana çıxmamaları, medalları almaqdan imtina etmələri isə heç yaxşı olmadı. Ən azı bir nəfər göndərə bilərdilər ki, gəlib komandanın medallarını götürsün. Belə davranışla özlərinə antipatiya yaratdılar.
MİRAĞA

Son xəbərlər

Tahir Gözəl Budapeştdə

“Futbolçularımız oyunun əhəmiyyətinin fərqindədilər” - “Ferensvaroş”un prezidenti

"Qalatasaray"dan iki transfer

Millimizin rəqibləri müəyyənləşdi

"Roma"dan "Sampdoriya"ya

"Çelsi" müdafiəçisini "Monako"ya göndərir

Torreyra "Qalatasaray" yolunda

"Borussiya"da yeni forvard

"Napoli"nin hədəfindəki qapıçı

"İnter" hücumçusu ilə yollarını ayırdı

"Sona qədər layiqli mübarizə aparmağa çalışacağıq" - Qurban Qurbanov

U-23 məğlubiyyətlə başladı - KONYA-2021

"Qəbələ"dən səfər qələbəsi - VİDEO

"Nəticəni baş məşqçinin rəqibdən qorxması təyin etdi" - AÇIQLAMA

"Penalti futbolçulara psixoloji olaraq təsir etdi" - Ayxan Abbasov

İlk qızıl Skidandan gəldi - KONYA-2021

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

"Qəbələ" qələbə ilə başladı - YENİLƏNİB

İsko yeni klubu ilə müqavilə imzaladı

"Neftçi"dən növbəti transfer

"Arsenal" PSV-nin hücumçusunu transfer edə bilər

"Ferentsvaroş"un heyətində itki

Prezident Dünya Oyunlarında nəticə göstərmiş idmançıları mükafatlandırdı

"Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq" - Çerçesov

Ukraynanın rəmzi komandasında Azərbaycanda işləmiş 2 nəfər yer aldı

"Neftçi" ilə matçda daha yaxşı işlər görəcəyik" - "Rapid"in futbolçusu

"Azərbaycan millisində oynamaq ehtimalım var idi" - Cəmaləddin Xocaniyazov

"Daha çox qol vura bilərdik" - Holann

Xavi bu futbolçulara güvənmir

PSJ "Napoli"nin yarımmüdafiəçisini transfer edir

"Qəbələ"nin 4 futbolçusu məşqlərdə iştirak etmir

"Borussiya" yeni hücumçu transfer etdi

Azərbaycan premyer-liqasında 13000-ci qol

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

"Barselona" kuboku darmadağınla qazandı

"İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun" - Qurban Qurbanov

Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

"Səbail"dən anti-rekord

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

"Qarabağ" Macarıstana yola düşdü

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı" - "Rapid"in futbolçusu

Yığmalarımız Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Kapitan "Ferentsvaroş"la cavab oyununu da buraxacaq

Bütün xəbərlər