Redaktorların hərəsi bir səbəb göstərdi
Dünən Naxçıvanda keçirilən kubokun final qarşılaşması ilə cari futbol mövsümünə yekun vuruldu. Əslində bu qarşılaşmaya jurnalist marağının az olacağı gözlənilən idi. PFL həlledici oyunu Muxtar Respublikaya salmaqla qələm əhlinin işini bir qədər çətinləşdirmişdisə, qurumdan verilən “Naxçıvana jurnalist aparmayacağıq” açıqlaması məsələyə nöqtə qoydu. Təbii, daxili yarışları təşkil edən qurumdu və son qərar da onlara məxsusdu. Oyunların harda və nə vaxt keçiriləcəyini müəyyənləşdirmək hüququ PFL-ə məxsusdu. Bu öz yerində.
Lakin futbol deyiriksə, burda kütləvilik vacib amildi. Yəni bu oyun təkcə məşqçi və futbolçular üçün deyil. Oyun oynanılırsa, azarkeşlər və oxucuların marağı da nəzərə alınmalıdı. Necə ki neçə-neçə sumqayıtlı və qəbələli azarkeşin finala canlı baxmaq istəyi çin olmadı. O cümlədən bir çox idman saytlarının oxucuları bu görüşlə bağlı materiallarla “qidalana” bilmədi. Konkretləşdirsək, Muxtar Respublikaya cəmi üç jurnalist yollanmışdı. Biri “Futbol+”in, digər iki nəfər isə “sport24” ilə “report”un əməkdaşları. Halbuki çempionatın mərkəzi oyunları və avrokubok qarşılaşmaları zamanı stadionlarda azı 20-30 saytın reportyorlarına rast gəlirik.
Naxçıvana təyyarə ilə demirik, İran sərhəddini aşmaqla avtobusla gediş-dönüş və qidalanma vur-tut 100-120 manat xərc aparırdı. Yəni tapılması mümkünsüz görünən məbləğ deyil. Üstəlik, bir çox mətbu orqanlar “Qəbələ” ilə reklam əməkdaşlığı edir. Bu üzdən aparıcı saytların final kimi önəmli qarşılaşmaya soyuq yanaşmasının səbəbini öyrənməyə çalışdıq. Bunun üçün isə baş redaktorlarla əlaqə saxladıq.
(yazı tam halda qəzetin çap variantında)
HƏBİB