Sizin reklam burada

Ayxan Abbasov “Sumqayıt”dan gedir

Title
Ayxan Abbasov “Sumqayıt”dan gedir
“Qəbələ” qələbəni Tale Heydərova həsr etdi
Matç başa çatandan sonra hər iki komandanın baş məşqçisi jurnalistlərin suallarını cavabladı. Öncə mikrofonlar arxasına “kimyaçılar”ın çalışdırıcısı Ayxan Abbasov keçdi. 38 yaşlı mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşdü.
- Finalın mahiyyətini dərk edirdik. Həftəboyu çox çalışdım ki, uşaqlar soyuqqanlı olsunlar. Təəssüf ki, ilk 15 dəqiqədə həyəcanlı idik. Qol buraxdıqdan sonra toparlanmağa çalışdıq. Nələrəsə nail olmaq istəyirdik. “Sumqayıt”ın finalda oynaması özü bir uğur idi. Avropaya getmək üçün daha çox iş görmək lazımdı. Yaxın günlərdə klub rəhbərliyi ilə görüşəcəm və hər şeyə aydınlıq gələcək.
- Komandanızdakı inamsızlıq nədən qaynaqlanırdı?
- Futbolçularımızın əksəriyyəti təcrübəsiz idi. Final həyəcanı ən adlı-sanlı klublarda da olur. Təəssüf ki, bacarmadıq.
- Qeyd etdiz ki, gedə də bilərsiz. Hansı ehtimal daha yüksəkdi: getmək, yoxsa qalmaq?
- Yəqin ki, gedəcəm.
- Sizcə, “Qəbələ” kuboku haqq etdi?
- Final bir oyundan ibarətdi. “Qəbələ” də kuboku qazanmaq istəyirdi, biz də. Desəm ki, layiq deyildilər, ədalətsizlik olar.
Ayxan bəyin ardınca konfrans salonuna 4-cü cəhddən ölkə kubokunu başı üzərinə qaldırmağı bacaran “qırmızı-qaralar”ın məşqçisi Zaur Həşimov daxil oldu. Xadırladaq ki, “Qarabağ”la yarımfinalda texniki zonadan qovulan Sənan Qurbanov cəza səbəbindən konfransda iştirak edə bilmirdi. Zaur bəy də “Sumqayıt”ın çalışdırıcısı kimi suallara cavab verməmiş oyunla bağlı fikirlərini bildirdi.
- Sevinirik ki, neçə illik həsrətə son qoyduq. Kuboku bifmənalı şəkildə Tale Heydərova həsr edirik. Uşaqlar məsuliyyəti dərk etdilər və məqsədə çatmaq üçün var qüvvələri ilə çalışdılar. Naxçıvanın iqlimi elədi ki, oyun vaxtı bəzən futbolçular nəfəs almaqda çətinlik çəkirdilər, boğulmalar olurdu. Söhbət hər iki komandadan gedir. Qəbələ camiəsini bu tarixi qələbə münasibəti ilə təbrik edirəm.
- Qol erkən gəldi. Ancaq bundan sonra daha çox müdafiədən oynadız. Bu məşqçilər korpusunun tapşırığı idi, yoxsa rəqib sizi buna məcbur etdi?
- Matçın sonlarına yaxın geri çəkildik. Açığı, rəqib bizi müdafiədən oynamağa məcbur etdi.
- Fasilədə futbolçulara nə dediz?
- Düzünü bilmək istəyirsizsə, 10 dəqiqə ərzində kəlmə də kəsmədik. Boğulmalara görə ancaq su içirdilər. Əsas tapşırıq isə o oldu ki, son 45 dəqiqə həyati önəm daşıyır.
- Avroliqa planları necədi?
- Hələ ki heç bir plan tərtib olunmayıb. Bu məsələ yəqin ki, sabahdan müzakirə olunacaq.
- Kubokun qazanılması klubda pozitiv dəyişikliyə təsir edə bilər?
- Birmənalı şəkildə qazanılan titul pozitiv dəyişikliyə təsir edə bilər! Buna böyük ümidimiz var.
RƏŞAD, Naxçıvan

Reaksiyalar
Əfran İsmaylılov: “Çətin oyun olacağını bilirdik, amma çalışırdıq ki, daha yaxşı mübarizə aparıb qalib olaq. Açığı, ilk hissədə doğrudan da çox zəif çıxış etdik. İkinci yarıda toparlanmağa çalışdıq. Təəssüf ki, buraxdığımız qolun əvəzini çıxa bilmədik. Bu gün bizdə alınmadı. "Qəbələ" klubunu təbrik edirəm. Gözlənilməz anda qol buraxdıq və bunun əvəzini çıxa bilmədik. Oyunun nəticəsi ədalətli idi. "Qəbələ" qələbəyə layiq idi. Ancaq başımızı aşağı salmamalıyıq. "Sumqayıt" bu yerə gəlibsə, bu, böyük nəticədi. İstəyirdik ki, bunu daha da yaxşılaşdıraq. Ancaq alınmadı. İnşallah, növbəti mövsüm buna çalışarıq. Hələ ki karyeramla bağlı heç nə deyə bilmərəm. Bir-iki təklifim var, onları dəyərləndirəcəm. Mənim üçün xeyirlisi nədisə, onu da edəcəm".
Sənan Qurbanov: “Möhtəşəm andı. Klub tarixində ilkə imza atdıq. Futbolçularım əsl qəhrəmandı. Adlarını klubun tarixinə qızıl hərflərlə yazdılar. Bütün güclərini ortaya qoyub, kuboku qazandılar. Ölkədə iki kubok var, birini əzəli rəqibimiz “Qarabağ” əldə etdi, digərini biz. Çempionatı istədiyimiz kimi keçirməsək də, sonda kuboku əldə edə bildik. Bütün komandaya təşəkkür edirəm. Artıq Avropa Liqasına vəsiqə əldə etdik. Rəhbərlik yəqin ki, sabahdan lazım olan qərarları qəbul edəcək və bununla bağlı açıqlama veriləcək. “Qəbələ”nin böyük infrastrukturu var. Bunu qoruyub saxlamaq üçün rəhbərlik əlindən gələni edəcək”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.