Sizin reklam burada

“Azneft” dairəsində “yanan top” quraşdırılıb

Baxış Sayı:251

“Azneft” dairəsində “yanan top” quraşdırılıb
Bakının tanınan yerlərindən olan “Azneft” dairəsində artıq neçə gündü Avroliqanın final həyəcanını ən yaxşı şəkildə yaşamaq mümkündü. Belə ki, adətən, ümummilli bayramlarda bəzədilən dairədə indi nəhəng top qoyulub. Şüşədən hazırlanan və müntəzəm ulduzların yanıb-söndüyü topun üzərində Avroliqanın finalıyla bağlı bütün əsas bilgilər yer alıb. Yəni topa baxmaqla finalın Bakı Olimpiya Stadionunda mayın 29-da keçiriləcəyini və oyunun saat 23.00-da başlayacağını, eləcə də finalçıların “Arsenal” və “Çelsi” olduğunu bilmək mümkündü. Yəqin ki, təşkilatçılar hər kəsin diqqətini cəlb edən bu rəmzi finaldan sonra sökəcək. Amma ölkə futbolu üçün əlamətdar olaylar vaxtı, məsələn, yığmanın seçmə, klubların qrup oyunlarında, ölkə çempionunun və kubokun sahibinin müəyyənləşdiyi günlərdə belə praktikadan yararlanmaq futbolun təbliğinə, daha çox adamın bu idman növü ilə yaxından maraqlanmasına təkan verərdi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR