Sizin reklam burada

Teymur heç-heçə etdi, Şəhriyar uduzdu

Title
Teymur heç-heçə etdi, Şəhriyar uduzdu
Rusiyanın paytaxtı Moskvada şahmat üzrə “Qran-pri” start götürüb. Turnirdə iştirak edən şahmatçılarımız dünən ilk görüşlərini keçiriblər. Teymur Rəcəbov 1/8 finalda “ağlar”la ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. Oyun heç-heçə bitib. Şəhriyar Məmmədyarov isə “qaralar”la polşalı Radoslav Voytaşekə uduzub. Mübarizə bu gün davam edəcək.
Qeyd edək ki, 16 qrossmeysterin mübarizə apardığı yarış ilk dəfə olimpiya sistemi ilə keçirilir. Hər bir mərhələ 3 günü əhatə edəcək və iki partiya oynanılacaq. İştirakçılardan hansısa qələbə üçün yetərli 1,5 xalı toplaya bilməsə, tay-breyk olacaq. İlk raund mayın 17-19-da, ikincisi 20-22-də, yarımfinal isə 23- 25-də reallaşacaq. Şahmatçılar mayın 27- 29-da baş tutacaq finaldan bir gün əvvəl istirahət edəcəklər.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.