Sizin reklam burada

“Məktəblərdə futbol dərsi” bitdi

Title
“Məktəblərdə futbol dərsi” bitdi
AFFA və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəblərdə futbol dərsi” layihəsi çərçivəsində qızlardan və oğlanlardan ibarət komandalar arasında təşkil edilən turnirə yekun vurulub.
ASCO Arenada təşkil edilən final mərhələsinin oyunları başa çatandan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə, Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov və veteran futbolçu Aslan Kərimov təqdim ediblər.
Qızların yarışında Gülyaz Məmmədova (Şəki şəhər 3 saylı orta məktəb) ən yaxşı oyunçu, Nuray Muxtarova (299 saylı orta məktəb) ən yaxşı qapıçı, Rəşadət Cədərov (Şəki şəhər 3 saylı orta məktəb) ən yaxşı baş məşqçi seçilib. “Feyr-pley” mükafatı 239 saylı orta məktəbin komandasının üzvü Şəbnəm Cəfərovaya təqdim edilib. Şəki komandasının üzvü Pərişan Abdullayeva 9 qolla mövsümün ən məhsuldar oyunçusu olub. 239 və 299 saylı məktəbin komandaları müvafiq olaraq üçüncü və ikinci pillələri tutub. Şəki şəhər 3 saylı orta məktəbin komandası isə qalib olub.
Oğlanların turnirində Amin Əliyev (236 saylı orta məktəb) ən yaxşı oyunçu, İsmayıl Həsənov (Şəki şəhər 3 saylı orta məktəb) ən yaxşı qapıçı, Azad Mütəllimov isə (Sumqayıt şəhər 11 saylı orta məktəb) ən yaxşı baş məşqçi seçilib. “Feyr-pley” mükafatı Gəncənın 3 saylı orta məktəb komandasının üzvü Canpolad Bəhramova təqdim edilib. Sumqayıtın 11 saylı orta məktəbinin komandasının üzvü Emin Feyzullayev 14 qolla mövsümün ən məhsuldar oyunçusu olub. Gəncənin 3 və Bakının 236 saylı orta məktəbinin komandaları müvafiq olaraq üçüncü və ikinci yeri tutub. Qalib isə Sumqayıtdakı 11 saylı məktəbin komandası olub. İlk üç yeri tutan komandalara bürünc, gümüş və qızıl medallar, diplomlar və kubok təqdim edilib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.