Sizin reklam burada

Kaprara Azərbaycan yığmasında?

Title
Kaprara Azərbaycan yığmasında?
İtaliyanın volleyball.it saytının yaydığı xəbərə görə, bu ölkədən olan Covanni Kaprara yaxın günlərdə Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının “sükanı arxasına” keçəcək. Rusiya yığması 2006-cı ildə onun rəhbərliyi altında dünya çempionu olub. Kaprara həmçinin klublarla da böyük uğurlar qazanıb. Qeyd edək ki, italyan mütəxəssis 2013-ün mayında “Azərreyl”lə müqavilə bağlamağa yaxın olsa da, həmin vaxt çalışdırdığı “Pyaçentsa” İtaliya çempionu olduğundan vətənitərk etmək istəməmişdi. Xəbərdə həmçinin Kapraraya Azərbaycan yığmasında həmvətəni Marçello Kervellinin yardım edəcəyi bildirilir.
Kapraranın yığmada mayın sonunda – Avropa Qızıl liqası çərçivəsində debüt edəcəyi gözlənilir. Xatırladaq ki, bizimkilər həmin turnirdə Belarus, İspaniya və Finlandiya ilə qarşılaşacaq. Bildiyiniz kimi, yığmamız ötənilki dünya çempionatında uğursuzluğa düçar olandan (2 qələbə, 7 məğlubiyyət) sonra baş məşqçi Faiq Qarayevin sağlıq durumuna görə istefa verdiyi açıqlanmışdı.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.