Futzal üzrə birinci liqada sonuncu – 30-cu tura sabah start veriləcək. Tur iki günə sığacaq. Sabah 3, birisigün 4 matç baş tutacaq və bütün görüşlər Bakı İdman Sarayında keçiriləcək. Çempionatın mükafatçıları mayın 18-də qənimətlərinə sahib çıxacaqlar. “Baku Fire” bir tur əvvəl çempionluğu təmin etsə də, gümüş və bürünc mükafatçılar son turda müəyyənləşəcək. “Standard” və ADBTİA medalların əyarını məhz öz aralarındakı görüşdə müəyyənləşdirəcəklər.
17 may
19.30 Çinar Cəbrayıl – Füzuli
Hakimlər: Elman Musayev, Azad Hüseynov, Vüsal Balaşov.
20.30 Metropoliten - Abşeron
Hakimlər: Azad Hüseynov, Kənan Məlikov, Vüsal Balaşov.
21.30 Baku Fans – AzMİU
Hakimlər: Kənan Məlikov, Elman Musayev, Vüsal Balaşov.
18 may
18.00 Yasamal MFK–2 – U-19
Hakimlər: Elmir Quluzadə, Fuad Həsənov, İsgəndər Əliyev.
19.00 Green Log – Zəngilan
Hakimlər: Fuad Həsənov, Elmir Quluzadə, İsgəndər Əliyev.
20.00 Standard – ADBTİA
Hakimlər: Azər Əsgərov, Ramil Namazov, İsgəndər Əliyev.
21.00 Sovetski – Baku Fire
Hakimlər: Azər Əsgərov, Elmir Quluzadə, İsgəndər Əliyev.
1. Baku Fire 29 28 1 0 217-45 85
2. Standard 29 27 0 2 252-78 81
3. ADBTİA 29 26 1 2 257-38 79
4. Green Log 29 18 2 9 152-88 56
5. U-19 29 17 2 10 197-76 53
6. AzMİU 29 17 2 10 149-102 53
7. Zəngilan 29 16 3 10 142-104 51
8. Baku Fans 29 15 2 12 132-105 47
9. Metropoliten 29 12 3 14 143-188 39
10. Yasamal MFK-2 29 11 2 16 134-161 35
11. Füzuli 29 9 4 16 98-170 31
12. Abşeron 29 7 1 21 98-233 22
13. Ulduz 29 5 1 23 116-185 16
14. Çinar Cəbrayıl 29 4 2 23 84-231 14
15. Sabunçu 29 3 2 24 48-210 11
16. Sovetski 29 2 2 25 67-254 8
Bombardirlər: Emin Cəbrayılov (ADBTİA) – 85, Balazair Əsədullayev (Metropoliten) – 63, Samir Həsənov (Standard) – 55.