Məlum olduğu kimi, Avroliqanın final oyununun Bakıda keçirilməsi ilə bağlı yaradılan Könüllülər Proqramına müraciət mərhələsində rekord göstərici qeydə alınıb. Dekabrın 13-dən yanvarın 31-dək davam edən qeydiyyat prosesində 3000-dən çox könüllünün qeydiyyatdan keçməsiylə Avroliqanın, eləcə də UEFA klub yarışlarının finalı tarixində ilkə imza atılıb. Portuqaliyalı sabiq ulduz futbolçu Luiş Fiqu bununla bağlı könüllülərə təbrik mesajı yollayıb. Könüllülər Proqramına qoşulan iştirakçıları salamlayan futbolçu bu möhtəşəm tədbirin bir hissəsi olduqları üçün onlara təşəkkür edib: "Əminəm ki, Bakıda keçiriləcək unudulmaz final oyununa hazırsız. Bizimlə birlikdə çalışacağınız bu futbol macərasında hər birinizə uğurlar arzulayıram".