“Qarabağ”ın ardıcıl 6-cı dəfə çempion olması kimlər üçün gözlənilən idisə, bir qisim hadisələrin belə axarına hazır deyildi. Həmin qrupa daxil olan insanlar üçün “Neftçi”nin qızıl medalları əldən buraxması, “Qarabağ”ın ardıcıl 6-cı dəfə çempion olması əsl şok effekti yaratdı. Onlar arasında futbol mütəxəssislərinin və idman jurnalistlərinin sayı çox az idi. Çünki Azərbaycan futbolu ilə yaxından maraqlanan, bizim futbolun incəliklərini yaxşı bilənlər proseslərin qış fasiləsindən sonra fərqli ssenaridə davam edəcəyini proqnozlaşdırırdılar. Bu qrup insanlar “Qarabağ”ın başının Avropa Liqasının qrup mərhələsinə qarışdığını, Qurban Qurbanovla yanaşı, heyətdəki milli üzvlərinin Millətlər Liqasının ağır qrafikindən və məqsədli şəkildə edilən psixoloji hücumlardan əziyyət çəkdiyini də nəzərə alırdılar. Səviyyə fərqinin özünü qışdan sonra göstərəcəyi gözlənilən idi. Elə mənim özüm də həmin o qrupa daxil idim. Bilirdim ki, nə “Neftçi”nin potensialı, nə də Bordinin məşqçilik bacarığı “Qarabağ”ı üstələməyə yetərlidi.
Amma əks fikirdə olanların sayı yetərincə idi. Elə onların da özlərinə görə yetərincə ciddi dəillərini eşidirdik. Həmin fikir daşıyıcılarının mütləq əksəriyyətini “Neftçi” azarkeşləri təşkil edirdi. Elə mütəxəssislərin və qələm əhlinin arasında da “Qarabağ”ın hegemonluğunun sona çatdığına, “xalq komandası”nın qızıl medalları qazanacağına inananlara rast gəlirdik. Təsadüfi deyil ki, idman mətbuatında “Neftçi”nin “qış çempionluğu” xüsusi təmtəraqla qeyd olunur, bu ötəri parıltı yeni rəhbərliyin və Roberto Bordinin böyük uğuru kimi göstərilirdi. “Neftçi” qışda beş futbolçunu yola salıb, eyni sayda yeni futbolçunu heyətinə qatanda da öz azarkeşlərini, çempionluğa inanları çox sevindirmişdi. Onlar əmin idilər ki, artıq Bordin “Neftçi”nin gücünü və rəqiblərin nəyə qadir olduğunu daha yaxşı bilir. Elə bu səbəbdən də futbolçu dəyişikliklərinin komandanın gücünə güc qatacağı, “Qarabağ”la xal fərqinin qorunacağı düşüncəsi qəlblərə hakim kəsilmişdi. 3-cü dövrənin ilk turundə “Neftçi” “Qarabağ”a uduzmadı və çempionluq şərqilərinin səsi daha ucadan eşidilməyə başladı. Hər qələbədən sonra azarkeşlərlə qucaqlaşmalar, rəqiblərə göndərmələr, gerisayım...
Proqnozlara görə çempionluğun taleyi ən pis halda sonuncu turda “Bakcell Arena”dakı qarşılaşmada həll olunmalıydı. Xal fərqi həmin turda keçiriləcək “Neftçi” – “Qarabağ” qarşılaşmasına qədər ərisəydi belə, cəngavər Bordin və onun yetirmələri rəqibini doğma meydanda silib-süpürməliydi. Sonra da çempionluq kubokunu “Neftçi” başı üzərinə qaldırmalı, “Qarabağ” erası”nın rəsmən başa çatdığı elan olunmalıydı. “Ağ-qaralar”ın saydığı ilə fələyin saydığı düz gəlmədi. Düzdü, çempionluq yarışı elə “Bakcell Arena”da sona çatdı. Amma “Qarabağ”la yox, “Sumqayıt”la oyunda. Özü də bu yarış “Neftçi”nin yox, əsas rəqibin xeyrinə nəticələndi. “Neftçi”yə könül verənlər, onun çempionluğunu proqnozlaşdıranlar üçün əsl şok idi.
Bundan sonra hadisələrin şəkli dəyişdi. “Neftçi” nə üçün çempion ola bilmədi” sualı müzakirə edilməli, problemlər və səhvlər araşdırılmalı, günahkarlar ortaya çıxarılmalıydı. Amma proses tam başqa istiqamət üzrə yönəldildi. Ortaya min cür ehtimalar, iddialar atılmağa başladı. Bəli, gündəmi “Qarabağ”ı yenidən çempion etdilər, “Neftçi”yə imkan vermədilər” tipli gülünc iddialar məşğul edirdi. Özü də bu fikrin daşıyıcılarının gülməli olsa da, bir neçə dəili var idi. Bir qrup belə deyirdi: “Qurban Qurbanov milli komandadan ayrılmağa o şərtlə razı olub ki, AFFA “Qarabağ”ı çempion etsin”. Digər iddia da maraqlı idi: “Futbolçular “Sumqayıt”la oyunu satdılar, müəyyən qüvvələr aparıcı futbolçuları “aldılar” ki, “Neftçi” çempion olmasın”. Bütün bunlar heç də hamısı deyil. “Bütün rəqiblər “Neftçi”yə qarşı birləşdilər, amma “Qarabağ”a xal verdilər” deyənlər də vardı. Hətta mətbuatın vicdanlı qismini günahlandıranlara, onların tənqidi yazılarla “Neftçi”nin çempionluğunu əngəllədiyini düşünənlərə də rast gəldik. Ağ-qara rənglərə könül verənlər arasında bəndənizi belə günahkar qismində görənlər var. Bizim acı gerçəklər dolu yazılarımız “Neftçi”yə çempion olmağa imkan verməyibmiş.
Artıq bütün ehtimalları unutmaq, söz-söhbəti birdəfəlik bağlamaq olar. Özü də ortaya yeni bir ehtimal çıxarmadan, hər hansı bir təhlil aparmadan. “Qarabağ”ın çempionluğa layiq olduğu, halallıqla mövsümü 1-ci pillədə bitirdiyi rəsmən etiraf olundu. Klubun idman direktoru Ceyhun Sultanov “Xəzər” telekanalında yayınlanan “Futbol saatı”nda önəmli açıqlamalar səsləndirdi. Onun əksər fikirləri mübahisəyə açıqdı və müzakirə olunmalıdı. Əsas odu ki, Ceyhun bəy “Qarabağ” barədə səslənən ittihamları səsləndirdi. Cənab Sultanov “mən sizdən soruşuram, “Neftçi” nə üçün çempion olmalı idi” sualını verdi. Bütün mübahisələri sonlandırmaq, “Qarabağ”ı halal, ana südü kimi təmiz çempionluq münasibətiylə təbrik etmək lazımdı. Əlavə şərhə ehtiyac yoxdu.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər