Sizin reklam burada

Stuxlik hakimlər üçün toplanış təşkil etməyəcək

Baxış Sayı:355

Stuxlik hakimlər üçün toplanış təşkil etməyəcək
“Məqsədim 7-10 gün müddətinə onları bir yerə yığıb oyun qaydaları haqda seminar keçməkdi”
Qış fasiləsində olduğu kimi, mövsümlərarası fasilədə də hakimlər üçün təlim-məşq toplanışı təşkil olunmayacaq. Bu haqda sport24.az saytına AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik məlumat verib: "Ola bilər ki, indi deyəcəklərim sizlər üçün sürpriz olsun. Ancaq ümumiyyətlə, yayda hər hansı təlim-məşq toplanışı keçməyi nəzərdə tutmamışam. Bu olmayacaq. Hakimlər onsuz da həftədə üç dəfə məşqlərini edirlər. Məqsədim 7-10 gün müddətinə onları bir yerə yığıb oyun qaydaları haqda seminar keçməkdi. Çünki bu dəqiqə daha vacib olan onların qaydalar haqda təhsillərinin təkmilləşdirilməsidi. Sizə bir nümunə çəkim ki, UEFA elit, top-hakimləri yay da yol daxil olmaqla, sadəcə, 3 günlük bir araya gətirərək seminar keçir. Yola sərf olunan vaxtı çıxsaq, bu, hətta 2 gün çəkir".
Avstriyalı funksioner eyni zamanda yay ayları üçün sport-motorik testi götürməyin planlarında olduğunu bildirib: "Bu, UEFA-nın testidi, öz hakimlərinə, gənc hakimlərə tətbiq edir. Hakimin əzələ quruluşunu, hərəkətliliyini, bədənin ümumi fiziki göstəricilərini ortaya çıxarır, bunu özündə əks etdirir. Bu testlə bir nəfərin konkret olaraq fərdi xüsusiyyətlərini üzə çıxarırııq. Və buna uyğun da xüsusi məşq planları tətbiq olunur".
Sonda komitə sədri birinci divizion hakimləri və ümumi hakim-inspektorlarla bağlı yay planlarını da açıqlayıb: "Birinci divizionun hakimləri üçün kommunikasiya sistemlərinin alınmasını nəzərdə tutmuşuq. Bu, onlar üçün həm köməkdi, həm də premyer-liqada iş başında olacaqları halda işlərinin asanlaşdırılmasıdı. Növbəti planımız hakim-inspektorlara seminar keçmək, biliklərini təkmiləşdirməkdən ibarətdi. Çünki onlar da vacib şəxslərdəndi. Oyundan sonra dərhal hakimlərlə əlaqədə olurlar, onlara müəllimlik, məşqçilik, inspektorluq edirlər".
RƏŞAD hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR