Miloş Velebit məşqçilərə səsləndi
"Bu yaşda uşaqlara nəticə lazım deyil"
15 və 16 yaşadək futbolçulardan ibarət yığmaların baş məşqçisi və aşağı yaş qrupu üzrə yığmaların əlaqələndiricisi Miloş Velebit AFFA-nın saytına danışıb. O, ölkəmizdə olan müddətdə gəldiyi qənaəti dilə gətirib.
- Təyinatınızdan üç ay keçib. Bu müddət ərzində nə kimi işlər görmüsüz?
- Aşağı yaş qruplarından ibarət milli komandaların məşqçi heyəti ilə bir çox görüşlər keçirmişik. Əsas məqsədimiz vahid komanda kimi birlikdə çalışmaqdı. Hazırda U-15-dən U-19-dək eyni fəlsəfə və eyni sistem üzərində iş qurmuşuq. Tətbiq etmək istədiyimiz fəlsəfəni, sistemi təlim-məşq toplanışlarında həyata keçirməyə çalışırıq. Məşqçilər arasında çox yaxşı münasibət var. Dediyim kimi, eyni fəlsəfə, eyni system ilə bu yolu birgə addımlayırıq. Ötən 3 ay ərzində 2003-04-cü il təvəllüdlü uşaqlar arasında bir neçə seleksiya xarakterli toplanışımız oldu. Gələcək yığma üzvlərinin nəyə qadir olduqlarını öyrənmək üçün 2005-ci il təvəllüdlü yeniyetmələr üçün seleksiya xarakterli təlim-məşq toplanışları keçmişik. Bundan əlavə, 12 yaşdan 15 yaşadək yeniyetmələr üçün elit-məşq layihəsinin ölkə ərazisində tətbiqinə başladıq.
- Ölkəmizə gəlməzdən əvvəl Azərbaycan futbolu haqda nə bilirdiz? Təsəvvürünüzdəki ilə reallıq arasında çox fərq var?
- İndiyədək iki dəfə Azərbaycanın U-17 və U-19 yığmaları ilə qarşılaşmışdım. Əlbəttə, təyinatımdan əvvəl müəyyən məlumatım vardı. O ki qaldı təəssüratımla reallıq arasındakı fərqə, elə bir fərq yoxdu. Azərbaycanlı uşaqların yaxşı potensialı var. Bizim əsas işimiz onların potensialını düzgün istiqamətə yönəltmək və davamlı olmasına kömək etməkdi. Hansısa mərhələdə onları itirməməliyik.
- Bir çox seleksiya xarakterli toplanışlar keçirdiyinizi dediz. Rəhbərlik etdiyiniz yaş qrupu üzrə uşaqların hamısını iş başında izləmək imkanınız olub?
- Seleksiya işinə bir qədər gec başlamışıq. Uşaqlar haqda nə qədər öncədən çox məlumatlı olsaq, daha yaxşıdı. Bu il üçün 2003, 2004 və 2005-ci illərin seleksiyasını tamamlamışıq. Avqust-sentyabrdan 2006-07-ci il təvəllüdlü uşaqların seçiminə başlayacağıq. Bu proses ilboyu davam edəcək. Hardasa istedadlı uşaqlar aşkarlasaq, yığmalara cəlb edəcəyik.
- Azərbaycanlı uşaqların istedadlı olduğunu, potensialını düzgün istiqamətləndirməyin vacibliyini qeyd etdiz. Bu yaş qruplarında çıxış edən uşaqlarda mənfi və müsbət mənada diqqətinizi cəlb edən nə olub?
- Rəhbərlik etdiyim yaş qrupunda bir qrup var ki, onlar çox istedadlıdılar. Digər bir qrup isə normaldı. Belə demək mümkünsə, keyfiyyət var, amma kifayət edəcək qədər deyil. Bu amil hər yaş qrupunda normaldı. Biz onların çatışmazlıqları üzərində çalışıb keyfiyyəti daha da artırmalıyıq.
- Bu yaş qrupunda yer alan uşaqların avropalı həmyaşıdları ilə müqayisədə nə kimi çatışmazlıqları və ya üstünlükləri var?
- Aparıcı Avropa ölkələri ilə müqayisə etsək, onların fərdi və taktiki bilikləri çoxdu. Təəssüf ki, bizdə belə deyil. Düzgün iş qursaq və yetərincə zaman verilsə, top-ölkələrlə yox, orta səviyyəli Avropa ölkələri ilə rəqabət apara biləcək inkişaf səviyyəsinə yüksələ bilərik. Qısa vaxtda top-ölkələr səviyyəsinə yüksəlmək çətindi. Yaxın gələcək üçün əsas məqsədimiz oyun keyfiyyətini yüksəltməkdi. Oyun keyfiyyətini artırdıqdan sonra nəticələr haqda düşünə bilərik.
- Ümumiyyətlə, klubların uşaq futbolunun inkişafı istiqamətində gördüyü işlər, yaratdıqları akademiyanın fəaliyyəti sizi qane edir?
- Bu haqda ümumi danışmaq olmaz. Hər klubda fərqlidi. Elə klublar var ki, istedadlı uşaqlar çoxdu. Elə klublar da var ki, məşqçiləri çox yaxşıdı. Biz nəyi dəyişmək istəyirik? Bütün məşqçilərlə söhbət edib bildirməliyik ki, nəticə qazanmağa çalışmasınlar. Bu yaşda uşaqlara nəticə lazım deyil. Məşqçilər nəticəni fikirləşməməlidilər. Çünki ancaq nəticə haqda düşünəndə oyun keyfiyyəti, uşaqların inkişafı ikinci plana keçir. Bununla bağlı məşqçilərlə söhbət etməliyik.
- Siz həm də aşağı yaş qrupu üzrə yığmaların əlaqələndiricisisiz. Kompleks şəkildə işlər gördüyünüzü qeyd edirsiz. Uşaq futbolunun əsas çatışmazlıqlarından biri də müəyyən yaş dövründən sonra inkişaf edə bilməməsi və ya tam “itməsidi”. Bu problemin həlli yolu necədi?
- Bu problem, demək olar ki, hər ölkədə var. Ancaq bəzilərində mimimum, bəzilərində isə daha çoxdu. Bunun həlli yollarından biri futbolçulara güvənmək və mütəmadi oynatmaqdı. Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə düzgün strategiya müəyyən edib. Premyer-liqada və birinci divizionda gənclərə şans verilməsi doğru yanaşmadı.
- Gələcəklə bağlı planlarınız nədən ibarətdi?
- Qarşıda görüləcək çox işimiz var. Bu ay U-19-un iki təlim-məşq toplanışı olacaq. İyunda seleksiya xarakterli toplanışlarımız planlaşdırılıb. Avqustdan isə geniş şəkildə seleksiya işinə start verəcəyik. Həmçinin ölkə ərazisində elit-məşq layihəsini həyata keçirəcəyik. Oktyabr-noyabr aylarında isə seçmə mərhələ oyunlarımız olacaq.
FARİZ hazırladı

Son xəbərlər

Almaniya qrupda qaldı - YENİLƏNİB

Noyer rekorda imza atdı

21-ci əsrdə ilk dəfə

Aslan Kərimov: "Neftçi"nin qələbə potensialı "Sabah"dan daha aşağı görünür"

Mərakeş pley-offda - VİDEO

Xorvatiya 1/8 finala belə yüksəldi - VİDEO

"Neftçi" məlumat yaydı

Ceyhun Sultanov: "Bu matç "Neftçi" üçün daha vacibdi"

"Araz Naxçıvan"dan növbəti qələbə - VİDEO

MOİK-dən çətin qələbə - VİDEO

Qəbələdə qollu bərabərlik - VİDEO

Kurtua 100-ə çatdı

Fernandeş dünya nəhənginin hədəfində

Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışına start verilib

"Bakcell Arena"da liderlərin savaşı, Samir Abasovun Gəncə planı - AFİŞA

Fransa klubu “Qalatasaray”ın futbolçusunu istəyir

Derbi ərəfəsində son durum: “Neftçi”də 1, “Qarabağ”da 4

“Qalatasaray”ın istədiyi futbolçu İtaliya nəhənglərinin hədəfində

Flik istefa verəcək? - Özü açıqladı

“Benfika”dan futbolçusu üçün fantastik tələbi

Ronaldo karyerasını Ərəbistanda davam etdirəcək?

Argentinalı futbolçudan ötürmə rekordu

"Neftçi" bu futbolçunun keçidi üçün 300 min avro ödəməyə hazırdı - İDDİA

"Araz Naxçıvan" və MOİK-dən qələbə - YENİLƏNİB

Fransız futbolçu gələcəyi haqda heç nə bilmir

Salihamiciç şayiələrə reaksiya verdi

Qatil haqq etdiyi cəzanı almalıdı! - KÖŞƏ

Portuqaliya yığmasında itki

"Qarabağ"da seminar

Ronaldo “Real”a qayıdır?

Braziliya Kamerunla oyuna hansı heyətlə çıxacaq?

Milli komandanın yeni rekordçusu oldu

Dünən, amma 56 il əvvəl...

''Fənərbaxça'' qalib gəlsə də, bir oyunçusunu itirdi

1-ci divizionda 13-cü turun oyun cədvəli bəllidi

"Şamaxı" Qazaxıstan klubu ilə qarşılaşacaq

Polşa 36 illik fasilədən sonra

“Qarabağ”dan xal almaq çətin olsa da, öhdəsindən gələ bildik” - “Zirə”nin müdafiəçisi

Şçensnı mərci uduzsa da, Messiyə pul verməyib

''Qalatasaray'' ''Santyaqo Bernabeu kuboku''na dəvət alacaq

“Zirə”nin yeni transferi niyə məyusdu? – AÇIQLAMA

İngiltərə millisinin sabiq üzvündən etiraz: “VAR belə şeylər üçün tətbiq olunmur”

Dünya çempionatının tarixinə düşəcək

Matçdan dərhal sonra xəstəxanaya aparıldı

Daha bir Azərbaycan klubu fəaliyyətini dayandırır

Bütün xəbərlər