"Neftçi”nin növbəti mövsüm üçün hazırlıq planı müəyyənləşib. Belə ki, hazırlığın ilk mərhələsi iyunun 10-dan 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər. Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyədə olacaq. Topuk yaylası bölgəsində yerləşən "Fənərbaxça Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq komanda qardaş ölkədə üç yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da olacaq. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.