“Qarabağ”ın qrupa yolu asanlaşdı
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın 2-ci təsnifat mərhələsində hansı səbətdə yer alacağı müəyyənləşib. Sevindirici haldı ki, ağdamlılar 2-ci mərhələdə də “səpələnmiş” komandalar arasında olacaq.
Azərbaycan çempionu 1-ci mərhələdə güclülərin sırasında olacaq və rəqibini üstələyəcəyi təqdirdə 2-ci mərhələdə də “səpələnməmişlər”dən biri ilə qarşılaşacaq. Ölkə çempionları arasında hələlik yalnız dörd komandanın 2-ci mərhələdən mübarizəyə qoşulacağı dəqiqdi. Bunlar Makkabi "Təl-Əviv"i (İsrail), "Kopenhagen" (Danimarka), Zaqreb "Dinamo"su (Xorvatiya) və APOEL-di (Cənubi Kipr). Onlardan yalnız "Makkabi"nin səbəti qeyri-müəyyəndi. Qalanı Azərbaycan çempionu ilə birlikdə güclülərin arasında olacaq.
“Səpələnmişlər”də yer alacaq digər 6 klubun adına isə ilk mərhələnin oyunlarından sonra aydınlıq gələcək. 1-ci mərhələdə “səpələnmişlər”də qərarlaşan komandalar yollarına davam etsə, "Qarabağ"ın növbəti rəqibi "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels) və ya "Slovan" (Slovakiya) ola bilər. Ağdamlılar 2-ci mərhələni adlasa, ilk iki mərhələdən fərqli üçüncüdə “səpələnməmişlər” arasında qərarlaşacaq.
Ölkəmizi Avropa Liqasının 1-ci təsnifat mərhələsində təmsil edəcək “Neftçi” və “Səbail”in də püşkatma zamanı hansı səbətdə yer alacağı bəllidi. Onlar güclülərin sırasında olacaq.
Belə ki, 3,800 reytinqə malik olan hər iki klub “səpələnmiєlər” səbətində qərarlaşacaq. 1-ci təsnifat mərhələsində mübarizə aparacaq 94 komandadan hələlik 50-nin adı dəqiqdi. Onlardan 24-ü “səpələnmişlər”, 22-si “səpələnməmişlər” sırasında olacaqsa, 4 klubun durumu qeyri-müəyyəndi.
“Səpələnmişlər”: “Malmö”, “Norçepinq” (hər ikisi İsveç), “Molde”, “Brann”, “Hoqesun” (hamısı Norveç), “Vidi” (Macarıstan), “Dinamo”, “Vitebsk”, “Şaxtyor” (hamısı Belarus), “Spartak” (Slovakiya), “Jalgiris” (Litva), “Reyncers” (Şotlandiya), “Kayrat” (Qazaxıstan), “Vardar” (Makedoniya), “Kruzeyders” (Şimali İrlandiya), “Ventspils” (Latviya), “Styarnan” (İslandiya), “Fola” (Lüksemburq), “Vaduts” (Lixtenşteyn), “Tobol”, “Ordabası” (hər ikisi Qazaxıstan), “Neftçi”, “Səbail” (hər ikisi Azərbaycan), “Kork Siti” (İrlandiya).
“Səpələnməmiєlər”: “Dunayska Streda” (Slovakiya), “Çixura”, “Torpedo” (hər ikisi Gürcüstan), B-36 (Farer adaları), “Milsami”, “Petrokub” (hər ikisi Moldova), “Liepaya”, “Riqa” (hər ikisi Latviya), “Trans”, “Flora” (hər ikisi Estoniya), “Qzira”, “Hibernian” (hər ikisi Malta), “Reykyavik”, “Breydablik” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Şiroki Briyeq” (Bosniya və Hersoqovina), “Konnak” (Uels), “Kuopio”, “Rovaniemi”, “İnter” (hamısı Finlandiya), “Ştumbras” (Litva).
Qeyri-müəyyənlər: “Dinamo” (Gürcüstan), “Jelezniçar” (Bosniya və Hersoqovina), “Trakay” (Litva), “Levadiya” (Estoniya).
Xatırladaq ki, Avroliqadakı üçüncü təmsilçimiz (ölkə kubokunun qalibi) mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. ÇL və AL-in ilk iki təsnifat mərhələsinin püşkü iyunun 18-19-da İsveçrənin Nyon şəhərində atılacaq.


Son xəbərlər

Braziliya Xorvatiyanın rəqibi oldu - YENİLƏNİB

"Sabah"ın futbolçusu karyerasını Türkiyədə davam etdirəcək? - Meneceri açıqladı

Alisson üçün ilk

Xorvatiyanın qeyri-adi seriyası davam edir

"O, sualı verdiyim anda üzümə zərbə endirdi" - Sebalyosla Kamran arasında niyə dava düşüb?

Azərbaycan çempionatının qarışıq komanda yarışlarına yekun vuruldu

Xorvatiya 1/4 finala belə yüksəldi - VİDEO

"Ştutqart"da yeni baş məşqçi

"Neftçi-2"dən minimalhesablı qələbə - VİDEO

DÇ-2022-də ilk

Perişiç 2-ci pilləyə yüksəldi

Lökbatanda 3 qol - VİDEO

FİFA Serbiyaya qarşı iş açıb

"Qarabağ"la oyunda son illərin ən zəif və aciz "Neftçi"sini izlədik"

"Araz Naxçıvan"dan səfər qələbəsi - VİDEO

İspaniya millisində ayrılıq

"Advokat" beynəlxalq turnirdə iştirak edəcək

Portuqaliyalılar Ronaldonu istəmirlər

Mahmud Qurbanovdan odlu-alovlu açıqlamalar: "Bizim komandanı "sındırırlar"

"Zaqatala" son dəqiqə qolu ilə büdrədi - VİDEO

Yuri Tielemans İspaniya nəhənginin hədəfində

"Azərreyl" oyunları ölkə xaricində keçirəcək

"Qaradağ Lökbatan" və "Araz Naxçıvan"dan qələbə

"Real"ın sabiq yarımmüdafiəçisi ilə Azərbaycan klubu maraqlanır

İspaniya mətbuatı Ronaldonun yeni klubun adını açıqladı

Lebron Ceymsdən Devisə tərif

Voleybolçumuz Macarıstanda ən yaxşı seçildi

Qapko Avropa nəhənglərinin hədəfində

Azərbaycan derbisinə fərqli baxış

İdman hüquqşünası: "Qarabağ"ın azarkeşlərinin məsuliyyətə cəlb olunması əsassızdı"

"Kimsə Ronaldonun yanında öskürdü deyə penalti təyin etdilər"

FIFA DÇ-2026 üçün variant düşünür

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirildi

"Sumqayıt"ın 197 günlük həsrəti başa çatdı

"Neftçi" ilə oyun Zubir üçün əlamətdar olub

Ayaz Quliyevlə bağlı "Neftçi"ni sevindirəcək XƏBƏR

"Mbappe ilə oynamaq ləzzətlidi" - Jiru

Rapid yarışının qalibləri məlum oldu

Rahid Əmirquliyev adını "Səbail"in tarixinə yazdırdı

3 matça təcili tibbi yardım gecikdi, klublar cəzalandı

Ölkə kubokunun sahibləri müəyyənləşib

"Neftçi" - "Qarabağ" matçı bu göstəriciyə görə mövsümdə ikinci oldu

Bütün xəbərlər