Sizin reklam burada

“Baku Fire” son turu gözləmədi

Title
“Baku Fire” son turu gözləmədi
Futzal üzrə birinci liqada 29-cu turun oyunlarına yekun vurulub. İki günə sığan turun açılış oyunda lider “Baku Fire” “Ulduz”la qarşılaşıb. Bu oyunda qələbə qazanacağı təqdirdə “Baku Fire” sona 1 tur qalmış çempionluğu bayram edəcəkdi. Gözlənildiyi kimi, böyükhesablı qələbə qazanan “Bakı alovu” çempionluğu təmin edib. Həftəiçi “Baku Fans”la ötən turlardan təxirə salınmış görüşdə inamlı qələbə qazanan U-19 bu dəfə “Metropoliten”ə heç bir şans verməyib. Beləliklə, Ağatahir Əzimovun komandası 5-ci yeri ələ keçirib. “Füzuli” - “Yasamal MFK-2” matçı gərginliyi ilə yadda qalıb. Nominal qonaqlar oyunun gedişində 2 topluq üstünlük əldə etsə də, yorğunluq tədricən hesabın bərabərləşməsinə, son saniyələrdə buraxılan qol isə məğlubiyyətə səbəb olub.
Şənbə günü 4 oyun keçirilib. Liderin ən yaxın izləyicisi “Standard” AZMİU ilə görüşdə böyükhesablı qələbə qazanıb. “Qarabağ derbisi” – “Zəngilan” - “Çinar Cəbrayıl” qarşılaşmasından isə birincilər qalib ayrılıb. Daha bir maraqlı oyun ADBTİA ilə “Green Log” arasında baş tutub. Gümüş medal iddiasını saxlayan “idmançılar” qələbə qazanıb. Turun bağlanış matçında isə sevinən tərəf “Abşeron” olub.
Turun nəticələrini nəzərinizə çatdırırq:
Baku Fire – Ulduz 9:1
U-19 – Metropoliten 8:3
Füzuli – Yasamal MFK-2 5:4
AZMİU – Standard 3:10
Zəngilan – Çinar Cəbrayıl 6:3
ADBTİA - Green Log 5:2
Abşeron – Sovetski 8:2
Baku Fans – Sabunçu +:- (5:0)
1. Baku Fire 29 28 1 0 217-45 85
2. Standard 29 27 0 2 252-78 81
3. ADBTİA 29 26 1 2 257-38 79
4. Green Log 29 18 2 9 152-88 56
5. U-19 29 17 2 10 197-76 53
6. AZMİU 29 17 2 10 149-102 53
7. Zəngilan 29 16 3 10 142-104 51
8. Baku Fans 29 15 2 12 132-105 47
9. Metropoliten 29 12 3 14 143-188 39
10. Yasamal MFK-2 29 11 2 16 134-161 35
11. Füzuli 29 9 4 16 98-170 31
12. Abşeron 29 7 1 21 98-233 22
13. Ulduz 29 5 1 23 116-185 16
14. Çinar Cəbrayıl 29 4 2 23 84-231 14
15. Sabunçu 29 3 2 24 48-210 11
16. Sovetski 29 2 2 25 67-254 8
Bombardirlər: Emin Cəbrayılov (ADBTİA) – 85, Balazair Əsədullayev (Metropoliten) – 63, Samir Həsənov (Standard) – 55.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.