110. Səbail - Keşlə 1:4 (0:3)
25. Elxan Əhmədov – 4,0
13. Şəhriyar Rəhimov – 4,0
(20. Eltun Yaqublu, 81) – qiymətsiz
32. Elvin Yunuszadə - 4,0
5. Vüqar Bəybalayev – 4,5
33. Tome Kitanovski – 4,5
14. Rahid Əmirquliyev (k) – 4,0
(6. Maykl Essyen, 46) – 4,5
77. Ədilxan Qarəhmədov – 4,0
21. Oke Akpoveta – 5,0
8. Yevgeni Koçuk – 4,5
28. Kevin Kubemba – 4,5
10. Ağabala Ramazanov – 4,5
(7. Fəhmin Muradbəyli, 46) – 4,5
Ehtiyat oyunçular
50. Fərhad Vəliyev
4. Enrike Perilyo
9. İmanol İriberri
17. Elçin Rəhimli
18. Aqşin Qurbanlı
26. Kamal Qurbanov
27. Emil Martinov
88. Orxan Qurbanlı
99. Maudo Jarjue
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Oke Akpoveta
16. Şahin Zəkiyev – 5,0
4. Slavik Alxasov (k) – 5,0
33. Tərlan Quliyev – 5,0
93. Edvinas Girdvainis – 5,5
2. Sərtan Taşkın – 5,0
25. Con Kamara – 5,0
32. Valeri Kutsenko – 5,0
17. Samir Məsimov – 6,0
(90. Orxan Fərəcov, 89) – qiymətsiz
23. Conatan Ayite – 5,5
11. Vüsal İsgəndərli – 4,5
(18. Ruslan Əmircanov, 70) – 4,5
14. Andre Klennon – 5,5
(21. Angelo Pena, 85) – qiymətsiz
Ehtiyat oyunçular
56. Əkbər Vəliyev
8. Seymur Əsədov
9. Amil Yunanov
19. Azər Salahlı
24. Fuad Bayramov
65. Cabir Əmirli
66. Murad Qayalı
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Samir Məsimov
Qollar: A.Klennon, 7 (0:1, S.Alxasov). E.Girdvainis, 38 (0:2, S.Məsimov). S.Məsimov, 45 (0:3, V.Kutsenko). O.Akpoveta, 54 (1:3). C.Ayite, 72 (1:4, A.Klennon).
Vərəqələr: E.Girdvainis, 22 (qeyri-idman hərəkəti). A.Ramazanov, 22 (qeyri-idman hərəkəti). O.Akpoveta, 51 (qeyri-idman hərəkəti). Ş.Rəhimov, 70 (qeyri-idman hərəkəti). S.Taşkın, 76 (qeyri-idman hərəkəti). V.Bəybalayev, 80 (qeyri-idman hərəkəti) – sarı. E.Girdvainis, 51 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: SƏBUHİ BAYRAMOV, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov (hamısı Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
11 may. Bayıl. ASCO Arena. 500 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Formal xarakterli oyuna “Keşlə” istəkli başladısa, fikri beş saat sonra “Bakcell Arena”da təşkil ediləcək mükafatlandırma mərasimində olan “Səbail” sanki meydana candərdi çıxmışdı. Xüsusilə ilk yarıda belə idi. Artıq 6-cı dəqiqədə “Səbail”in qapısı qarşısında ilk həyəcan yaşandı. Ayite uzaqdan zərbə ilə Elxan Əhmədovu yoxladı ki, qolkiper topu çətinliklə kornerə çıxardı. Ancaq hesab məhz bu epizodun davamında açıldı. Standart vəziyyətdən sonra Slavikin cərimə meydançasına havalandırdığı topu Klennon başla tora qovuşdurdu. Erkən qoldan sonra uzun müddət qapılar qarşısında təhlükə yaşanmadı. Mübarizə əsasən meydanın mərkəzində getdi. 35-ci dəqiqədə az qala Samir Məsimov fərqi artıracaqdı. Son anda Yunuszadə ona mane oldu. Ancaq az sonra “Keşlə” “Səbail”i yenə standart vəziyyətdən vurduğu qolla cəzalandırdı. Məsimovun küncdən asmasını bu dəfə Edvinas başla tora atdı. Bu da fasiləyə qədər vurulan son qol olmadı. 45-ci dəqiqədə Kutsenkonun ötürməsindən sonra Samir o qədər də güclü olmayan zərbə ilə topu qapıdan keçirdi.
İkinci hissəyə “Səbail” yaxşı başladı. Bunda Aftandil Hacıyevin iki əvəzetməsi rol oynadı. Essyenlə Fəhminin oyuna qoşulması oyunun axarını dəyişdi. Meydan sahibləri elə startda bir-iki təhlükə yarada bildi. Xüsusilə 49-cu dəqiqədə Akpoveta şansdan yararlana bilmədi. Tərlan Quliyev son anda topun qapıdan keçməsini əngəllədi. Az sonra isə “Keşlə” azlıqda qaldı. Hakim Edvinasa ikinci “sarı” göstərib meydandan kənarlaşdırdı. Çox çəkmədi ki, “Səbail” qollardan birinin əvəzini çıxdı. Şahin Zəkiyev Akpovetanın ilk zərbəsini dəf etsə də, təkrar vuruş qarşısıalınmaz oldu. 56-cı dəqiqədə Fəhmin yüzfaizlik imkandan yararlansaydı, “Keşlə”nin üstünlüyü minimuma enəcəkdi. Məğlubiyyətdən xilas olmağa can atan və bütün qüvvə ilə irəli atılan “Səbail”in bütün ümidləri 72-ci dəqiqədə dəfn olundu. “Keşlə” əks-hücumdan sonra fərqi yenidən 3 topa çatdırdı. Ayite Klennona ötürmə verib cərimə meydançasına şığıdı və komanda yoldaşından topu qəbul edib qüvvətli zərbə ilə yekun nəticəni müəyyənləşdirdi. Baxmayaraq ki, matça əlavə olunmuş dəqiqələrdə Koçuk inanılmaz epizodu boşa verdi. Zəkiyev onun yaxın məsafədən zərbəsinə əla reaksiya göstərib topu “çərçivə”dən kənarlaşdırdı. Beləliklə, mövsümün ən uğursuz komandası olan “Keşlə” premyer-liqanın “qapısını möhkəm çırpdı”.
MİRAĞA
Gözdən qaçmadı
* VİP-tribunanın yaxınlığında iki əcnəbinin oyunu izləməsi diqqətimizdən yayınmadı. Öyrəndik ki, çağırılmamış qonaqlar ölkəmizə gələn alman turistlərdi. “Bayıl Arena”da çempionat oyunu olduğunu öyrənən kimi fürsəti boşa verməyiblər.
* İlk yarının ortalarında tabloda problem yarandı. Qurğu bir neçə dəqiqəlik fasilədən sonra işə düşsə də, matçın vaxtı silindi. Beləliklə, azarkeşlər sona qədər qarşılaşmanın dəqiqəsini görə bilmədilər.
* Hakimin final fitindən sonra “Keşlə”lilər paltardəyişmə otağına, “Səbail”in futbolçuları isə azarkeşlərinə doğru yönəldi. Bu vaxt bir dəstə azyaşlı Essyenin yolunu kəsib ondan formasını tələb edirdi. Maraqlıdı ki, bir qədər sonra ulduz futbolçunun forması bir polisin əlində idi. Bu dəfə azyaşlılar ondan xahiş edir, qəniməti ələ keçirməyə can atırdılar. Bir müddət dirəşən asayiş keşikçisi formanı uşaqlardan birinə verdi, o isə sevincək qaçıb uzaqlaşdı.