Mükafatlandırma “Bakcell Arena”da gerçəkləşəcək
Aslan Şahgəldiyev: “Matçın başqa stadiona keçirilməsi üçün səbəb yoxdu”
Bir neçə gündü ki, “Neftçi” – “Qarabağ” oyununun məkanı gündəm mövzusudu. Doğrudu, “köhlən atlar” çempionluğu təmin edib və bu qarşılaşma nəyisə dəyişməyəcək. O başqa məsələ ki, söhbət əzəli rəqiblərin duelindən gedirsə, tərəflərdən heç biri uduzmaq istəməyəcək. “Neftçi” cari mövsüm yenilmədiyi ağdamlılara bu dəfə də məğlub olmamaqla ən azı şəxsi oyunların nəticəsinə görə təsəlli tapmaq niyyətindədi. “Qarabağ” isə “ağ-qaralar”ı üstələyərsə, bununla həm elitadakı bütün rəqibləri məğlub etmiş olacaq, həm də kuboku prinsipial rəqib üzərində qələbənin ardından, ikiqat sevinclə başı üzərinə qaldıracaq. Odu ki, nəticəsi çempionluğun taleyinə təsir etməsə belə, mayın 11-dəki qarşılaşma maraqla gözlənilir. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, oyunun stadionunun dəyişdirilməsinin aktuallaşması bu haqda geniş müzakirələrə yol açıb. “Neftçi” azarkeşlərinin “Qarabağ”ın kuboku “Bakcell Arena”da qaldırmasını istəməməsi, paytaxt klubunun rəhbərliyinin buna görə PFL-ə üz tutması əsas müzakirə mövzusudu.
Öncə onu qeyd edək ki, srağagün mükafatlandırma ilə bağlı təşkilatçı qurumun saytında belə bir məlumat yer aldı: “Premyer-liqanın və birinci divizionun cari mövsümünün sonuncu turunda mükafatlandırma mərasimi keçiriləcək. PFL yarışların qalib və mükafatçılarını təntənəli şəkildə təltif edəcək. “Neftçi” – “Qarabağ” görüşündən sonra çempion “Qarabağ”a qızıl, “Neftçi”yə gümüş, “Səbail”ə isə bürünc medallar təqdim olunacaq. Eyni zamanda, yarışın bombardiri təltif olunacaq. Mükafatlandırma mərasimi “Bakcell Arena”da reallaşacaq... Birinci divizionda isə analoji tədbir Lökbatan Olimpiya İdman Kompleksində olacaq. Yarışın qalibi MOİK-ə qızıl, “Sumqayıt-2”yə gümüş medallar təqdim olunacaq. 3-cü yerin sahibi isə son turun “Neftçi-2” – “Qaradağ Lökbatan”, “Keşlə-2” – “Zaqatala” görüşlərindən sonra müəyyənləşəcək. 3-cü yerin sahibi olacaq tərəf medallarını almaq üçün Lökbatana təşrif buyuracaq. Eyni zamanda, həmin gün divizionun bombardirinə də xüsusi mükafat təqdim ediləcək”.
Dünən PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxlayıb, oyunun məkanının dəyişdirilməsinin real olub-olmadığını soruşduq: “Bizə “Neftçi” tərəfindən müraciət olunmuşdu. Ancaq hər hansı dəyişiklik olmayacaq. Oyun “Bakcell Arena”da keçiriləcək. Həmin qarşılaşmanın reallaşması üçün başqa stadion da yoxdu. Bəziləri “Dalğa Arena”nın adını çəkir. Lakin məlumatları yoxdu ki, Mərdəkandakı stadionda təmir işləri gedir. Əvvəlcədən də təqvimdə oyunun “Bakcell Arena”da keçiriləcəyi nəzərdə tutulmuşdu. Bir sözlə, hansısa dəyişiklikdən söhbət gedə bilməz. Təhlükəsizliklə bağlı bir qədər narahatlıq var idi ki, “Bakcell Arena”da nəsə yaşana bilər. Ancaq hər şey həll olunacaq, narahatlığa əsas yoxdu, heç bir problem olmayacaq. Özü də belə təcrübə dünyanın hər yerində olub. “Real” “Barselona”nın, “Qalatasaray” “Fənərbaxça”nın stadionunda kubok qaldırıb. Normal bir şeydi, qeyri-adi heç nə yoxdu. Yaxşı, intriqa son tura qalsaydı, necə olacaqdı?! Onda stadionu dəyişəsi deyildik ki. Klub sifariş etdiyi əsas stadionda yox, ehtiyat arenada oyun keçirmək istəyirsə, səbəb göstərməlidi. Problem əsaslandırılmalıdı. Məsələn, klub göstərməlidi ki, meydanın ot örtüyü sıradan çıxıb. Matçın “Bakcell Arena”dan başqa stadiona keçirilməsi üçün səbəb yoxdu”.
FARİZ


Son xəbərlər

Braziliya Xorvatiyanın rəqibi oldu - YENİLƏNİB

"Sabah"ın futbolçusu karyerasını Türkiyədə davam etdirəcək? - Meneceri açıqladı

Alisson üçün ilk

Xorvatiyanın qeyri-adi seriyası davam edir

"O, sualı verdiyim anda üzümə zərbə endirdi" - Sebalyosla Kamran arasında niyə dava düşüb?

Azərbaycan çempionatının qarışıq komanda yarışlarına yekun vuruldu

Xorvatiya 1/4 finala belə yüksəldi - VİDEO

"Ştutqart"da yeni baş məşqçi

"Neftçi-2"dən minimalhesablı qələbə - VİDEO

DÇ-2022-də ilk

Perişiç 2-ci pilləyə yüksəldi

Lökbatanda 3 qol - VİDEO

FİFA Serbiyaya qarşı iş açıb

"Qarabağ"la oyunda son illərin ən zəif və aciz "Neftçi"sini izlədik"

"Araz Naxçıvan"dan səfər qələbəsi - VİDEO

İspaniya millisində ayrılıq

"Advokat" beynəlxalq turnirdə iştirak edəcək

Portuqaliyalılar Ronaldonu istəmirlər

Mahmud Qurbanovdan odlu-alovlu açıqlamalar: "Bizim komandanı "sındırırlar"

"Zaqatala" son dəqiqə qolu ilə büdrədi - VİDEO

Yuri Tielemans İspaniya nəhənginin hədəfində

"Azərreyl" oyunları ölkə xaricində keçirəcək

"Qaradağ Lökbatan" və "Araz Naxçıvan"dan qələbə

"Real"ın sabiq yarımmüdafiəçisi ilə Azərbaycan klubu maraqlanır

İspaniya mətbuatı Ronaldonun yeni klubun adını açıqladı

Lebron Ceymsdən Devisə tərif

Voleybolçumuz Macarıstanda ən yaxşı seçildi

Qapko Avropa nəhənglərinin hədəfində

Azərbaycan derbisinə fərqli baxış

İdman hüquqşünası: "Qarabağ"ın azarkeşlərinin məsuliyyətə cəlb olunması əsassızdı"

"Kimsə Ronaldonun yanında öskürdü deyə penalti təyin etdilər"

FIFA DÇ-2026 üçün variant düşünür

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirildi

"Sumqayıt"ın 197 günlük həsrəti başa çatdı

"Neftçi" ilə oyun Zubir üçün əlamətdar olub

Ayaz Quliyevlə bağlı "Neftçi"ni sevindirəcək XƏBƏR

"Mbappe ilə oynamaq ləzzətlidi" - Jiru

Rapid yarışının qalibləri məlum oldu

Rahid Əmirquliyev adını "Səbail"in tarixinə yazdırdı

3 matça təcili tibbi yardım gecikdi, klublar cəzalandı

Ölkə kubokunun sahibləri müəyyənləşib

"Neftçi" - "Qarabağ" matçı bu göstəriciyə görə mövsümdə ikinci oldu

Bütün xəbərlər