Bu gün yığmanın sabiq baş məşqçisi Ələkbər Məmmədovun anadan olmasının 89-cu ildönümü ilə bağlı xatirə turnirində final oyunu keçiriləcək. Maraqlıdı ki, AFFA-nın saytında yarışla bağlı xəbərdə mərhum mütəxəssis millinin ilk baş məşqçisi kimi təqdim olunub. Ancaq məlum olduğu kimi, yığmanın ilk çalışdırıcısı Əhməd Ələsgərov olub. O, komandanı 1992-ci il sentyabrın 17-də Gürcaanidə Gürcüstanla keçirilən yoxlama matçına (3:6) da çıxarıb. Yəni fakt budu ki, milli müstəqillik əldə olunandan sonra ilk oyuna məhz Ələsgərovun rəhbərliyi altında çıxıb. Bəzi mənbələrdə yığmanın ilk baş məşqçisi kimi Məmmədovun adı çəkilir. Bununla belə, gürcülərlə qeyd etdiyimiz səfər oyununda oyununda komandanın "sükanı arxasında" məhz Ələsgərov olub. Ola bilməz ki, AFFA-da bunu bilməsinlər. Bəs belə bir faktı yanlış təqdim etməyin səbəbi nədi? Yox, qurumun əməkdaşlarının həmin faktdan xəbəri yoxdusa, bu lap pisdi.
(yazı tam halda qəzetin çap variantında)
FARİZ