Sizin reklam burada

Ruslan Qurbanov “Səbail”dən gedir

Title
Ruslan Qurbanov “Səbail”dən gedir
Ruslan Qurbanov "Səbail"də qalmayacaq. Bu haqda 28 yaşlı hücumçu şəxsi "feysbuk" səhifəsində məlumat verib. Ruslan qərarını çox oynamaması ilə əlaqələndirib: "Səbail"in bütün əməkdaşlarına minnətdarlıq etmək istəyirəm ki, bir il ərzində bizi dəstəklədilər və kömək etdilər. Onu da demək istəyirəm ki, klubda qalmayacağım dəqiqdi. Hələ ki gipsdən sonra bərpa olunuram və danışıqlar aparıram. "Səbail"in azarkeşləri və sizlər "çox sağ olun", Avropa Liqasında uğurlar arzulayıram. Bu qərarı qəbul etmək çətin idi. Ancaq mənim üçün əsas futbol oynamaq idi. Hamınıza uğurlar və ən yaxşısını diləyirəm".
Qeyd edək ki, Ruslan Qurbanovun ötən yay gəldiyi "Səbail"lə birillik müqaviləsinin müddəti cari mövsümün sonunda bitir.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.