
U-16 Liqasının ən yaxşıları seçildi
Aprelin 18-də U-16 Liqasında 2018/19 mövsümünə yekun vurulub. “Qəbələ” qızıl, “Sabah” gümüş, “Keşlə” bürünc medala yiyələnib. Çempionat başa çatandan sonra “Het-trik news” qəzeti birinciliyin ən yaxşı futbolçusunu müəyyənləşdirmək məqsədi ilə 14 komandanın məşqçiləri arasında sorğu keçirib. Yalnız “Sumqayıt”ın baş məşqçisi Vaqif Paşayev heç kimə səs verməyib. Qalan 13 məşqçinin fikrinə əsasən iki futbolçu 28 xalla mövsümün ən yaxşısı seçilib. Bunlar “Zirə”nin və U-17-nin kapitanı Cəlal Hüseynovla “Qəbələ”nin və U-17-nin hücumçusu Mehrac Baxşəliyevdi. Üçüncü yeri 17 xalla Rauf Rüstəmli (Qəbələ) tutub. Liqanın ən yaxşılarına mükafatlar U-16 liqasında iştirak edən komandalar arasında mayın sonunda keçirilməsi nəzərdə tutulan final oyununda təqdim olunacaq.