Sizin reklam burada

Rəsulovun “bürünc”ü, Kramarenkonun “gümüş”ü var

Title
Rəsulovun “bürünc”ü, Kramarenkonun “gümüş”ü var
Balayev həmkarlarını unutdura biləcəkmi?
SSRİ dövründə zəngin ənənələrə malik Azərbaycan qapıçılıq məktəbi son illərdə hansısa uğurları ilə öyunə bilmir ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Amma bu yazının hədəfi səbəblər üzərində gəzişmək deyil. Sadəcə, Emil Balayevin Qazaxıstan çempionatının cari mövsümündəki inamlı çıxışı bəndənizi statistikaya baş vurmağa məcbur etdi. Məni maraqlandıran sual bu idi ki, müstəqillik dönəmində hansısa qapıçımız başqa ölkənin çempionatında oyunu ilə yadda qalıbmı? Aralarında titul qazanan varmı? Bu sualların cavabı sizə də maraqlıdısa, davamını oxuyun...
Bəribaşdan deyim ki, ancaq elitada görünən qapıçıların statistikası nəzərə alınıb. Məsələn, Elşad Tahirov ardıcıl üç mövsüm (1992-94) Rusiya çempionatının 1-2-ci dəstələrində mübarizə aparan “Saxalin”in heyətində olsa da, bundan yuxarı qalxa bilməyib.
Azərbaycanlı qapıçıların legioner həyatından söz düşəndə ilk yada salınası adam, heç şübhəsiz, Elxan Rəsulovdu. Hələ 1979-cu ildə ilk dəfə “Neftçi”nin əsas heyətində görünən Rəsulovun oyununu şəxsən mən görməsəm də, deyilənə görə, ortabab qapıçı olub. Çox güman, bu qənaət doğrudu. Hər halda, Bakıda itirdiyi xoşbəxtliyi Lvovda tapıb və tam altı mövsüm (1983-88) SSRİ çempionatının 1-ci dəstəsində “SKA-Karpatı”nın “çərçivə”sini heç kimə verməyib. Bundan sonra iki il “SKA Xabarovsk”un və bir mövsüm də sonuncu dəfə SSRİ çempionatında görünən “Neftçi”nin formasını geydikdən sonra Polşaya yollanıb. Bu ölkənin Sanok şəhərinin həvəskarlar liqasında yarışan “Sanok” komandasında (1992-93) da qərar tuta bilməyərək, yenidən Ukraynaya qayıdıb. 5 mövsümü (1993-98) əhatə edən budəfəki “Karpatı” karyerasının rəqəmli ifadəsi 71 oyun və 75 buraxılan topdu. Hə, bir də kolleksiyasında Ukrayna çempionatının 1997/98 mövsümündə qazandığı bürünc medal var. Hazırda Almaniyanın Herford şəhərində yaşayır.
Rəsulova bənzər uzunmüddətli legioner karyerasına görə bir də yalnız Dmitri Kramarenko öyünə bilər.
(yazı tam halda qəzetin çap variantında)
HUŞƏNG
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.