“Bakı Marafonu-2019”da 22320 nəfər iştirak etdi
İki təmsilçimiz üçüncü oldu
Dünən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçirilib. Marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da iştirak edib. “Küləyə qalib gəl” şüarı altında 4-cü dəfə təşkil olunan marafon Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionuna qədər 21 km məsafəni əhatə edib. Yarışda 16 yaşdan yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək iştirak ediblər. Marafona bu dəfə 22320 nəfər qatılıb. Mükafatlar uğrunda həmyerlilərimizlə yanaşı, ABŞ, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Afrika, Fransa, İran, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Ukrayna, Uqanda və başqa ölkələrdən olan atletlər mübarizə aparıb. Səfirliklərin və diplomatik nümayəndəliklərin təmsilçiləri də iştirakçılar arasında olub. Builki marafona Heydər Əliyev Fondunun dəstəyi ilə protezlərlə təmin olunan bir qrup Qarabağ müharibəsi qazisi də qoşulub. Marşrut boyunca müxtəlif maraqlı əyləncəli proqramlar təqdim olunub, iştirakçıları DJ və aparıcılar, barabançılar müşayiət edib.
Mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda olub. “Bakı Marafonu 2019”un qalibləri iki kateqoriya üzrə müəyyənləşib. Kişilər arasında uqandalı atlet İsmail Ssenyange finiş xəttinə birinci çatıb. İran təmsilçisi Məhəmməd Cəfər Moradi ikinci, həmyerlimiz Elman Abışov üçüncü olub. Qadınlar arasında isə ukraynalı Valentina Poltavskaya, şotlandiyalı Suzanna Matonti və təmsilçimiz Anna Yusupova ilk “üçlük”də yer alıblar. Qalibə 3000, ikinci yerin sahibinə 2000, üçüncü olanlara isə 1000 manat mükafat, hədiyyələr, medal və sertifikatlar verilib. Həmçinin marafonun tərəfdaş və sponsorları iştirakçılara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim ediblər. Qadın və kişi kateqoriyaları üzrə finiş xəttini ilk keçən tələbələr Parisdə - Disneylenddə tətil, korporativ iştirakçılar isə İstanbul marafonuna qeydiyyat və gediş-dönüş bileti qazanıblar. Marafon iştirakçısı olan Azərbaycan vətəndaşlarına bir neçə nominasiyada mükafatlar təqdim olunub. Qadın və kişi kateqoriyası üzrə finiş xəttini keçən ilk Azərbaycan vətəndaşları Gürcüstanda keçiriləcək “Wings for Life World Run 2020” marafonunda iştirak hüququ əldə ediblər. Həmçinin finiş xəttini ilk keçən 50 yaşdan yuxarı Azərbaycan vətəndaşlarına və finişə çatan ilk 5 azərbaycanlı xanıma müxtəlif hədiyyələr verilib. Finiş xəttini ilk keçən maraqlı kostyumlu marafonçu, 10 xarici marafonçu, 3 xanım nominasiyalar üzrə mükafatlandırılıb.
Həmçinin martın 4-dən mayın 1-dək marafonda iştirak üçün qeydiyyatdan keçənlər arasında lotereyanın qalibi olmuş iki nəfərə də hədiyyə təqdim olunub. Finiş xəttini keçən ilk 1000 iştirakçı “Bakı Marafonu-2019”un xüsusi medalı ilə təltif edilib. Yarışın eksklüziv tərəfdaşının “Azercell Telekom” olduğunu qeyd edək. Marafondan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Son xəbərlər

“Adana Dəmirspor”un prezidenti: “Çıxıb adam kimi oynayacaqlar”

“Sumqayıt”ın yeni baş məşqçisi bəlli oldu

"Komanda inkişaf edir" - Canni De Byazi

“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var” – LAYİHƏ

"Bu oyunda çox zəif oynadıq" - Maqomed Adıyev

Millimizin tarixində ilk!

Millimiz 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

“Neftçi” AFFA-dan xəbər gözləyir

Baqa “Sumqayıt”dan təzminat almayıb

Rabyoya daha bir müştəri

Qazaxıstanı ud, Avropa çempionatında iştirak şansı qazan! - KÖŞƏ

İdmançımız birinci oldu

Keytaya yeni təklif

"Qəbələ" - "Hayduk" matçının hakimləri müəyyənləşdi

Federasiya prezidenti idmançılarla görüşdü

Əməliyyatdan imtina etdi

Bernat PSJ-dən ayrılmağa yaxındı

“Barselona”da ciddi itkilər

“Yuventus”da istefa gözlənilir?

Sulşer ilə Ranqnik MY-ni xərcə salıblar

Azarkeşlər prezidenti istefaya çağırdılar

Fransa klubu cəzalandı

Bir ay oynamaya bilər

Sabah hər şey bəlli olacaq – Ya Tsaxadadze, ya da...

Milli formada 88 qola çatdı

“Kəpəz”in ev oyunlarını Gəncədə keçirəcəyi tarix məlumdu – ÖZƏL

Dzeko "İnter"dən ayrıla bilər

“Kəpəz” yenə çalxalanır - ÖZƏL

"İnter" "Barselona"nın yetirməsini istəyir

İspaniyanın 18 illik seriyası qırıldı

9 ilin ən böyükhesablı qələbəsi

Millimizin Qazaxıstanla görüş üçün iştirak ərizəsi

Ronaldo zədələndi

Mahmud Qurbanov iki legioneri niyə əvəzedicilərə "sürgün edib"? - AÇIQLAMA

"Belə şeylər etsək, böyük komanda qura bilmərik" - Canni De Byazi

"Mançester Yunayted" De Xea ilə müqavilə müddətini uzatdı

Ukrayna Ermənistanı darmadağın etdi

"Qazaxıstanın liderliyi gözlənilməz oldu" - Emin Mahmudov

"De Byazi futbolçularıma hörmətsizlik etdi" - Qazaxıstanın baş məşqçisi

"Azərbaycanın "Qarabağ" kimi güclü klubu var" - Qazaxıstanlı futbolçu

Türklər yığmamızı darmadağın etdi

"Qrup mərhələsini qələbə ilə başa vurmaq istəyirik"

"Oyunun necə keçəcəyini görəcəyik" - Qazaxıstanın futbolçusu

“Qarabağ” UEFA-nın maliyyə sıralamasında irəliləyib

''Qaçmayan futbolçuya görə pul xərcləmərəm''

Bütün xəbərlər