Qazaxıstan premyer-liqasında 9-cu turun oyunları keçirilir. Emil Balayevin çıxış etdiyi "Tobol" dünən səfərdə "Kayrat"la qarşılaşıb. Kostanay klubu sona 3 dəqiqə qalmış vurduğu qolla qələbə qazanıb – 1:0. Emil 90 dəqiqə qapını qoruyub. "Tobol" 20 xalla ikinci pillədə qərarlaşıb və lider "Astana"dan 5 xal geri qalır.
Almaniyanın 2-ci bundesliqasında 32-ci turun oyunları keçirilib. Dmitri Nazarovun formasını geydiyi “Ertsgebirge” də növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Regensburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1. Nazarov 60-cı dəqiqədə meydana çıxıb. Komandasının ikinci qolunu da yığmamızın üzvü vurub. 61-ci dəqiqədə penaltidən dəqiq yararlanmaqla Aue təmsilçisini hesabda önə keçirən Dima 79-cu dəqiqədə sarı vərəqə də alıb. “Ertsgebirge” hazırda 39 xalla 12-ci pillədə qərarlaşıb.
Rusiya premyer-liqasının 27-ci turu azərbaycanlı futbolçuların dueli ilə əlamətdar olub. Belə ki, Azər Əliyevin formasını geydiyi “Ufa” səfərdə Ramil Şeydayev və Aleksandr Səmədovlu “Krılya Sovetov”un qonağı olub. Samarada keзirilən oyunda meydan sahiblərinin erkən qoluna qonaqlar 90-cı dəqiqədə cavab veriblər – 1:1. Ötən tur qırmızı vərəqə alan Ramil bu oyunu cəza səbəbindən buraxıb. Səmədov start heyətində meydana çıxsa da, 34-cü dəqiqədə əvəzlənib. Əliyev isə 77-ci dəqiqədə meydana çıxıb. 27 turdan sonra “Krılya Sovetov” 28 xalla 13-cü, “Ufa” isə 26 xalla 14-cü yerdədi.
Bosniya və Hersoqovina premyer-liqasında 30-cu turun oyunları keçirilib. Amit Quluzadəli “Çelik” səfərdə lider “Sarayevo” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlub ayrılıb - 0:5. Amit görüşün iştirakçısı olmayıb. “Çelik” 39 xalla 6-cı pillədə qərarlaşıb.
Çexiyanın gənclər liqasında əsas mərhələnin 6-cı turunun oyunları baє tutub. U-21 millimizin üzvü Arzuman Rizvanovun formasını geydiyi “Bohemians” doğma meydanda “Siqma” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Rizvanov sonadək ehtiyatda qalıb. “Bohemians”ın U-21 komandası 12 xalla 3-cü pillədə qərarlaşıb.
Ukrayna premyer-liqasında 27-ci turun oyunları davam edir. Pavel Paşayevin "Aleksandriya"sı Kiyevdə "Dinamo"nun qonağı olub. Matçda qalib müəyyənləşməyib - 1:1. 31 yaşlı müdafiəçi 90 dəqiqə meydanda olub. İlk "6-lıq"da mübarizə aparan "Aleksandriya" 48 xalla üçüncüdü.
İspaniya sequndasında 36-cı turun oyunları keçirilib. Eddi İsrafilovun “Alkorkon”u doğma meydanda “Osasuna” ilə qarşılaşıb. Futbolçumuzun komandası görüşdən heç-heçə ilə ayrılıb - 0:0. İsrafilov start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. 51 xala malik “Alkorkon” 11-ci pillədə qərarlaşıb.
Almaniyanın 3-cü bundesliqasında 26-cı turun oyunları davam edir. Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" səfərdə "Hallaєer"lə qarşılaşıb. Görüş Dadaşovun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Rüfət 90 dəqiqə meydanda olub.
Hollandiya ikinci liqasında mövsümə yekun vurulub. Gənclərdən ibarət yığmamızın üzvü Ziya Əzizovun formasını geydiyi “Neymegen” səfərdə “Maastrixt”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Ziyanın adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb. “Neymegen” mövsümü 58 xalla 20 iştirakçı arasında 9-cu yerdə baєa vurub.
Türkiyənin 1-ci liqasında 32-ci turun oyunları keçirilir. Ufuk Budakın formasını geydiyi “Boluspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Hatayspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlub ayrılıb - 1:4. Ufukun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. “Boluspor” 46 xalla 9-cu pillədədi.
Ozancan Kökçünün formasını geydiyi "Girəsunspor" isə doğma azarkeşləri önündə "Adana Dəmirspor"u 1:0 hesabı ilə məğlub edib. Start heyətində meydana çıxan Kökçü 66-cı dəqiqədə əvəzlənib. Bu qələbə sayəsində xallarının sayını 33-ə çatdıran "Girəsunspor" 15-ci pillədəki mövqeyini möhkəmlədib.
Portuqaliya sequndasında 32-ci turun oyunları keçirilir. Renat Dadaşovun єərəfini qoruduğu "Eştoril" doğma azarkeşləri önündə "Akademiko Viseu"nu qəbul edib. Start heyətində meydana çıxan Renat komandası hesabda 0:1 geridə olarkən, 54-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bundan sonra qonaqların daha 2 qoluna ev sahibləri 1 təsəlli topu ilə cavab verib - 1:3. "Eştoril" 51 xalla 4-cü pillədə qərarlaşıb